Bakının mərkəzində etiraz aksiyası Bakının mərkəzində etiraz aksiyası

Bakının mərkəzində etiraz aksiyası
Загрузка...
20-yə yaxın fəal gündüz saatlarında Mərkəzi parkda ("Qış bulvarı") siyasi məhbusların azadlığa buraxılması tələbilə aksiya keçirib. Onlar icazəsiz yürüş edərək "Azad Həsənova azadlıq!", "Siyasi məhbuslara azadlıq!" şüarlarını səsləndiriblər. Aksiya başlanandan 8 dəqiqə sonra polis dəstələri gələrək yürüş iştirakçılarını parkdan çıxarmağa başlayıb, bir neçə nəfər saxlanılıb.
Aksiya zamanı saxlanılan Müsavat Partiyası Gənclər Komitəsinin rəhbəri Elman Quliyev və partiyanın digər üzvləri -Əlikram Xurşudov, Tahir Axundov, həmçinin reportyorlar Nurlan Qəhrəmanov və Fatimə Mövlamlını Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsinə aparıblar. Aksiya Müsavat Partiyasının fəalı Azad Həsənovun işi üzrə növbəti məhkəmə prosesindən sonra keçirilib. A.Həsənov həbsinə etiraz olaraq 8 gündür ki, aclıq edir. Məhkəmə istintaqı 6 aydan çoxdur ki, davam edir. Bu gün yenə də məhkəmə iclası başlandıqdan 5 dəqiqə sonra başqa vaxta keçirilib.
Azad Həsənov 2014-cü ildən Litvada siyasi mühacirətdə olub. Atasının ağır xəstəliyi ilə əlaqədar 2018-ci il oktyabrın 11-də Bakıya qayıdıb və həmin gün saxlanılıb. Ona qarşı CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. (Turan.az)

Загрузка...
Загрузка...

Xəbər lenti