Bakılı iş adamına "atdılar" - 150 min dollar necə soyuldu?

Bakılı iş adamına
Загрузка...

Şikayətçi 9 il əvvəl verdiyi pulun geri qaytarılması üçün polisə müraciət edib.

Bakı sakini biznes qurmaq məqsədi ilə tanışlarına verdiyi külli miqdarda pulun geri qaytarılmasını istəyir.

Criminal.az-ın Lent.az-a istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarına müraciət edən 1975-ci il təvəllüdlü Babayev Şəmsi Fikrət oğlu bildirib ki, 2007-ci ilin 15 yanvar tarixində Elgiz və Mehdi adlı tanışlarına Rusiya Federasiyasından taxta gətirmək üçün 150 min dollar verib. Lakin həmin şəxslər verdikləri vədə əməl etməyib.
 
Ş.Babayev pulunun geri qaytarılmasına köməklik göstərilməsini xahiş edib.
 
Araşdırma aparılır.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti