Mənzilə basqın edənlər üç gün gizlənə bildi

Mənzilə basqın edənlər üç gün gizlənə bildi
Загрузка...

Qusarda mənzilə basqın etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Criminal.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Qusar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dekabrın 17-də rayon sakini Rizvan Əfəndiyevə məxsus evdən qızıl əşyalar oğurlanması barədə verilmiş məlumatla bağlı aparılmış araşdırma zamanı naməlum şəxsin onun evinə girərək oğlu Abdulheyə zor tətbiq edib oradan 720 manat və qızıl əşyalar aparması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş şəhər sakini Anar Məhərrəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Criminal.az

Xəbər lenti