Şantajçı dəstə ələ keçdi - FOTO

Şantajçı dəstə ələ keçdi - FOTO
Загрузка...

 Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov, həmçinin Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyev və Natiq Kazımov saxlanılıb.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov, həmçinin Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyev və Natiq Kazımov saxlanılıb. APA-nın məlumatına görə, keçirilən tədbirlərlə onların Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul almaları müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarə əməkdaşları tərəfindən Şirvan şəhər sakini Gülnar Əhmədova da tutularaq istintaqa cəlb edilib. 

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.   Qeyd edək ki, fotoları  təqdim edilən dəstə üzvlərinin cinayət əməllərindən başqa zərərçəkən şəxslər varsa, bu barədə aidiyyəti üzrə polis orqanlarına və ya 012-590-66-58 telefon nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur. 

Criminal.az

ŞantajçıŞantajçıŞantajçıŞantajçı

Xəbər lenti