Bakıda zəncirvari qəza Bakıda zəncirvari qəza

Bakıda zəncirvari qəza
Загрузка...
 Gecə saatlarında paytaxtın Bakıxanov qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Baku TV-nin xəbərinə görə, "Mitsubishi” markalı avtomobil öncə "Mersedes”ə, daha sonra "Niva”ya çırpılıb.
İlkin araşdırma zamanı məlum olub ki, 90 ZJ 014 dövlət nömrə nişanlı "Mitsubishi” markalı avtomobilinin sürücüsü Axundov Fətəli Vəlibəy oğlu nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib. Qəza zamanı xəsarət alan F.Axundov Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, kəllə-beyin travması diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir.
Digər iki avtomobilin sürücüləri xəsarətsiz ötüşüb, avtomobillərə isə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.







Загрузка...
Загрузка...

Xəbər lenti