Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum tutuldu Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum tutuldu

Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum tutuldu
Загрузка...
Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb. Daxili İşlər Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olan, paytaxt sakini Natiq Hüseynov tutulub. Onun üzərinə baxış zamanı bir ədəd "Makarov” konstruksiyalı atəşə yararlı tapança, bir ədəd həmin silaha məxsus daraq və üç ədəd patron aşkar edilərək götürülüb.
Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu və polisə təhvil verməyərək qanunusuz olaraq üzərində gəzdirdiyini etiraf edib.
Faktla bağlı 22-ci Polis Şöbəsində toplanan materiallar araşdırlması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər. 


Xəbər lenti