Sumqayıtda silahlı gənc tutulub

Sumqayıtda silahlı gənc tutulub
Загрузка...

Sumqayıtda silahlı gənc tutulub. Criminal.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ülvi Məmmədovdan "Makarov" markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb. 

 Sumqayıt ŞPİ-dən Milli.Az-a bildiriblər ki, Ü.Məmmədov saxlanılıb. Məlum olan odur ki, 1989-cu il təvəllüdlü Ülvi Məmmədov əvvəllər məhkum olunmayıb. Silah-sursat da onun 1-ci mikrorayon, ev 19/45 ünvanında yaşadığı 37 saylı mənzildə aşkar edilib. Tapança və patronlar zavod istehsalıdır. Ü.Məmmədovun silah-sursatı necə və haradan əldən etdiyi və hansı məqsədlər üçün saxladığı hələlik məlum deyil. 

 Faktla bağlı istintaq gedir.

Criminal.az

Xəbər lenti