Bakının ev oğruları - FOTO

Bakının ev oğruları - FOTO
Загрузка...

Bakıda yaşayış evlərindən oğurluq edən cinayətkar dəstə yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarında yerləşən yaşayış evlərindən oğurluq etməkdə şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunan, 1983-cü il təvəllüdlü Mirzai Elməddin Eyvaz oğlu, Ağdam rayon sakini 1992-ci il təvəllüdlü Mirzəyev Hümbət Aqil oğlu, Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Həsənov Elmin Firdovsi oğlu müəyyən olunaraq tutulublar. 

Şübhəli şəxslər ətrafında keçirilən ilkin istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, onlar avqustun 16-da axşam saatlarında  Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində Natella Ağamirzəyevanın evindən pəncərənin dəmir barmaqlığını sındırmaqla 400 manat, noutbuk, planşet və 2 ədəd qol saatı, eyni üsulla sentyabrın 15-də gecə saatlarında Xətai rayonu Pivəzavod küçəsində Davud Həmidovun evindən 500 ABŞ dollar, 1250 Türkiyə lirəsi, qızıl-zinət əşyaları, sentyabrın 19-da Bülbülə qəsəbəsində Gövhər Əliyevanın evindən açıq pəncərədən keçməklə noutbuk və qızıl-zinət əşyalarını talayıblar. O da müəyyən olunub ki, dəstə üzvləri sentyabrın 19-da gündüz saatlarında Bülbülə qəsəbəsində Nadir Bağırovun evindən açıq pəncərədən keçməklə oğurluğa cəhd ediblər. 

Şübhəli şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.   Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Criminal.az

Bakının
Загрузка...
Загрузка...

Xəbər lenti