Bakıda torpaqları zəbt edən saxta əlil dəstəbaşının ŞOK cinayət dosyeləri üzə çıxdı

02 Oktyabr 2021, 17:29
02 Oktyabr
2021
17:29
1867
Qurban Məmmədov 2 dəfə dələduzluğa görə həbsdə olub
Bakıda dövlət torpaqlarını zəbt edən, adı reyder hücumların baş qəhrəmanı kimi hallanan "Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmməd oğlu Məmmədovla bağlı sensasion məlumatlar üzə çıxıb.
Məlum olur ki, Qurban Məmmədov 2 dəfə dələduzluğa və sənəd saxtalaşdırmağa görə həbsdə olub.
"Yeni Müsavat”ın ötən saylarında "Bakıda torpaqları zəbt edən saxta əlillər şəbəkəsi haqda şok faktlar” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda Qurban Məmmədovun başçılığı altında, makler Yusif Allahverdiyevin və vəzifə daşıyıcılarının dəstəyi ilə saxta əlillərin Nərimanov rayonu ərazisində Dərnəgül küçəsi 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsində səki və yaşıllıq zolağını zəbt etmə cəhdindən yazmışdıq.

O zaman "Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi baş verən qanunsuzluqlarla bağlı açıqlama versə də, Qurban Məmmədovun şəxsi barədə suallara cavab verməkdən yayınmışdılar. Onun dələduzluq və sənəd saxtalaşdırılmasına görə məhkum edilməsi haqda iddiaları qətiyyətlə rədd edirdilər.
Ortaya çıxan faktlar isə Qurban Məmməd oğlu Məmmədovun əvvəllər məhz dələduzluq və rəsmi sənədlərin saxtalaşdırmasına görə məhkum edildiyini təsdiqləyir.
Belə ki, 1971-ci ildə Gəncə şəhərində anadan olan Qurban Məmmədov sonuncu dələduzluq əməlini təsis etdiyi "Bakı torpaq” MMC üzərindən geçəkləşdirib. Bir qrup şəxslə əlbir olan Qurban Məmmədov Sahib İsmixan oğlunun Təmoyevin etibarından sui-istifadə etməklə ondan 6 min manat alıb və ona məxsus torpağı sənədləri saxtalaşdırmaqla ələ keçirilməsini təşkil edib.
2018-ci ilin avqustunda Qurban Məmmədovun cinayət işi Sabunçu Rayon Məhkəməsində araşdırılıb.
Qurban Məmmədov məhkəmə qarşısına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 178.2.3 (vəzifəli şəxs tərəfindən dələduzluq), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci(sənədlərin saxtalaşdırılması) maddələri ilə ittiham edilməklə çıxarılaraq məhkum olunub.

İttihama görə "Bakı Torpaq” MMC-nin direktoru vəzifəsində işləyərkən Qurban Məmmədov Sahib İsmixan oğlu Təmoyeviin etibarından istifadə edib. Ondan aldatma yolu ilə 6 min manat almaqla 0.3 sot torpaq sahəsini sənədləşdirəcəyini vəd edib.
Bunun üçün Xətai Rayon İcra Hakimiyyətinin adından saxta sənəd verib. İşin üstü açılanda isə Qurban Məmmədov istintaqa cəlb olunub və məhkum edilib. Bu, Qurban Məmmədovun ilk dələduzluq əməli və sənəd saxtalaşdırması deyil.
2011-ci ildə oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində Qurban Məmmədovun dələduzluq maddəsi ilə ittiham edilməsinə dair cinayət işi üzrə hökm çıxarılıb. Həmin hökmlə Qurban Məmmədov 5 il, 11 ay, 3 gun azadlıqdan məhrum olunub.
Belə görünür ki, təyin olunan cəzalara rəğmən Qurban Məmmədov köhnə şakarəindən əl çəkməyib.
Saxta "qazi”lərin davası düşdü-VİDEO -
İndi də Nərimanov rayonu ərazisində köhnə əməllərini təkrarlayır.
Qeyd edək ki, "Yeni Müsavat”a müraciət edən bir qrup kiçik sahibkar bildirib ki, 1 ilə yaxındır ki, "Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi adı altında fəaliyyətdə olan, özünü əlil adlandıran şəxslər onların fəaliyyətinə mane olur.
Sahibkarların redaksiyamıza bildirdiklərindən sitat: "Bizlərə qarşı mənəvi və hüquqi terror etməklə məşğuldurlar.
Onlar Dərnəgül küçəsi 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsində giriş-çıxış yolunu baglatdıraraq, bizlərin, ərazidə fəaliyyət göstərən sahibkarların obyektlərinin düz qarşısında obyekt tikməyə cəhd göstərirlər. Əllərində isə saxtalığı Bakı Şəhər İcra Hakimiyyətindən, Nərimanov Rayon İcra Hakimiyyətindən təsdiqlənən bir məktubun surəti var.
Həmin məktubu əllərinə alıb özbaşınalıq, qanunsuzluq, cinayət etməkdən çəkinmirlər. Onların reyder hücumlarının təşkilatçısı Yusuf adlı maklerdir. O, əraziyə Az 90 DF 646 dövlət qeydiyyat nişanlı, ”Land Cruiser" markalı maşına gəlir. Saxta əlilləri əraziyə o gətirir, "vurun, dağıdın” əmrini də o verir. Anar Dəmirovun başından əsa ilə zərbəni də onun göstərişindən sonra vurdular".
Şikayətçilər deyir ki, əlilliyi şübhə altında olan şəxslərin onların fəaliyyətinə mane olmaqdan əlavə, zəbt edib tikinti aparmaq istədikləri sahə dövlət mülkiyyətində olan yaşıllıq sahəsidir və magistral avtomobil yolunun mühafizə zolağıdır: "Yaşıllıq zonasında, magistral avtomobil yolunun mühafizə zolağında tikinti işləri aparmaq, ümumiyyətlə, qanunla qadağandır. Bu barədə dövlət orqanları onlara xəbərdarlıq da edib. Buna baxmayaraq, özlərini əlil adlandıran bu şəxslər vaxtaşırı əraziyə gəlib dava-dalaş salır, ərazidə qanunsuz tikinti aparmağa cəhd göstərirlər. Nəticədə dəfələrlə onlarla ərazidə fəaliyyət göstərən sahibkarlar arasında dava-dalaş düşüb. Hazırda Nərimanov Rayon Polis İdarəsində cinayət faktları ilə bağlı bir neçə araşdırma gedir”.
Şikayətçilər deyir ki, İctimai birlik sədri Qurban Məmmədov özü kənarda dayanır və əməllərindən xəbərsiz olan 1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçılarını qabağa verir: "Qarabağda vuruşan, Vətənimiz üçün canından keçən hər bir Vətən övladı qarşısında baş əyirik. Bildiririk ki, bizlər də döyüşlərdə iştirakçı olmuşuq, 44 günlük müharibə günlərində dövlətimizə əlimizdən gələn dəstəyi vermişik. Qurban Məmmədovun oyuna salıb üstümüzə göndərdiyi müharibə iştirakçılarının bəziləri ortada dələduzluq, qanunsuzluq, cinayət olduğunu bilib sakitcə ərazidən uzaqlaşırlar. Ötən müddət ərzində Qurban Məmmədovun başının dəstəsi ilə dəfələrlə Bakının ayrı-ayrı rayonlarında bu cür qanunsuz hərəkətlər etməklə torpaqların, restoranların zəbt olunmasında adı keçib. Bu ilin aprelində gecə yarısı Qurban Məmmədovun dəstəsi bizim iş yerimizin qarşısına da hücum etdi. Oradakı 60 xan çinarını, onlarla leylandr və söyüd ağaclarını sındırıb yaşıllığı məhv etməklə ərazini zəbt etməyə çalışdılar. Bizim gözətçimizə təzyiq göstərdilər, vurdular. Dövlət qurumlarının müdaxiləsi nəticəsində yaşıl soyqırım qeydə alındı, Qurban Məmmədovun dəstəsinin cinayəti protokollaşdırılaraq istintaqa təqdim olundu. Bu günə qədər həmin cinayət işi yerində sayır...”
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022