Bakıda tələbələr arasında qanlı olay - 18 yaşlı gənc bıçaqlanaraq öldürüldü

Bakıda tələbələr arasında qanlı olay - 18 yaşlı gənc bıçaqlanaraq öldürüldü
Загрузка...
Bakıda bıçaqlanaraq öldürülən Xəlilov Elman Elyar oğlu Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin II kurs tələbəsi olub.

Bu barədə bakuPost-a universitetdən məlumat verilib.

Qeyd olunub ki, hadisə 23.12.2018-ci il tarixində, yəni istirahət günündə universitetdən kənarda baş verib:

"Bizdə olan qeyri-rəsmi məlumata görə, 25.07.2000-ci il təvəllüdlü Elman uşaqlıq dostu Murğuzov Rauf İlqar oğlu tərəfindən qətlə yetirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".
 
* * * 

Bakıda qətl törədilib.

 Open.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu Atatürk propekti 2A ünvanında qeydə alınıb.

İdman Akademiyasının tələbəsi, 18 yaşlı Rauf İlqar Murquzov aralarında yaranmış mübahisə zəminində Azərbaycan Texniki Universitetinin tələbəsi, 18 yaşlı Elman Elyar oğlu Xəlilovu bıçaqlayaraq öldürüb.

Həyata keçirilən tədbirlər nəticəsində Rauf Murquzov saxlanılıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Загрузка...
Загрузка...

Xəbər lenti