Bakıda tanınmış modelyeri girov saxlayan şəxs İlham Əliyevin sabiq köməkçisinin qardaşı oğlu imiş...

Bakıda tanınmış modelyeri girov saxlayan şəxs İlham Əliyevin sabiq köməkçisinin qardaşı oğlu imiş...
Загрузка...
Bakı Ağır Cinayətlər Məhkəməsində qalmaqallı cinayət işinə baxılır. Tərəflərdən biri olduqda tanınmış sima, modelyer Leyla Əhmədovadır. Təqsirləndirilən tərəf isə Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyevdir. İttihama görə, həmin şəxslər Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq və modelyerin özünü qanunsuz olaraq azadlıqdan məhrum ediblər.
 
Nizami Ağayev 
Təqsirləndirilən tərəf də bu günə kimi sirr saxlansa da, zərərçəkmiş modelyerdən az tanınmır. Criminal.az saytının əldə etdiyi məlumata görə, təqsirləndirilən Nizami Ağayev prezident İlham Əliyevin sabiq köməkçisi Tariyel Ağayevin qardaşı oğludur. T.Ağayevin adı bir neçə il əvvəl Almaniya vətəndaşı, Qərb Universitetinin 2-ci kurs tələbəsi Vüsal Şilderin qətlinin sifarişində hallanıb. Vüsal Şilder 2013-cü il mayın 2-də Bakıda bıçaqlanaraq qətlə yetirilib. V.Şilderin atası Adolf Şilder bir vaxtlar "Mercedes Benz”in Azərbaycan nümayəndəliyinin rəhbəri olub.
 
Mətanət Şilder oğlu Vüsalın məzarı üstündə
Mərhum Vüsalın anası, hazırda Almaniyada yaşayan Mətanət Şilderin ölkə prezidenti İlham Əliyevə müraciətində də oğlunun qətliə yetirilməsinin sifarişçisi kimi məhz T.Ağayevin adını hallandırmışdı.
Həmin müraciətdən sitat: "Mənim ehtimallarıma görə nəinki nazirlərin, hətta Taryel Ağayevin də sizdən məharətlə gizlətdiyi qoçu dəstəsi var. Onun əli o qədər uzundur ki, hətta bizim telefon danışıqlarımızı da dinlətdirərək özü üçün müdafiə səddi təşkil edirdi. Təsəvvür edin ki, rəhmətlik oğlum Vüsalla Taryel Ağayevin qızı Lalənin çoxsaylı qarşılıqlı mesajları və bir - birinə göndərdikləri fotoların hamısı bizim xəbərimiz olmadan oğlumun qətlindən sonra ona məxsus mobil telefonların yaddaşından silindi. Buradan da belə qənaətə gəlmək çətin deyil ki, Taryel Ağayev istədiyi anda "Azercell”ə təsir edərək ona lazım olan informasiyanı əldə edə və ya lazım olmayan materialları sildirə bilib. Mən qətiyyən şübhə etmirəm ki, oğlumun qətlinin istintaqını həyata keçirən müstəntiq Pərviz də onlarla əlbir olub və ya ən azı onların sifarişini can – başla yerinə yetirib. Təkcə Pərviz deyil, istintaq dövründə və məhkəmə proseslərində də çoxları təklif olunan pulların qarşısında susmağa üstünlük verdi".
Xatırlatma
 Leyla Əhmədova 2014-cu ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti "Leyla Əhmədova" moda evi etmək məqsədi ilə Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan aylıq 24 min manata icarəyə götürüb. Daha sonra həmin şəxslər arasında mübahisə düşüb və obyekt sahibləri Leyla Əhmədovanı oradan çıxarmağa çalışıb. Təqsirləndirilən Azər Lütfəliyev Modelyerin sözlərinə görə, obyektə basqın zamanı ona 190 min manatlıq ziyan vurulub. Hüquq- mühafizə orqanları əməkdaşları tərəfindən aparılan istintaq hərəkətlərindən sonra 3 nəfər- Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyev saxlanılıb. Təqsirləndirilən şəxslərdən yalnız Ceyhun Eyvazov saxlanılıb, qalan iki nəfər isə ev dustağlığına buraxılıb. Onlara qarşı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 186.2, 322.2 və 177.3.2-ci maddələri ilə cinayət işi başlanıb və işin istintaqını DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin İstintaq idarəsi aparıb.
Adı çəkilən şəxslər Leyla Əhmədovaya qarşı oğurluq etməklə yanaşı 2016-ci ilin sentyabr ayının 24-dən 28-nə kimi onu qanunsuz olaraq azadlıqdan məhrum da ediblər. Belə ki, işıqları, qazı, suyu söndürərək Leyla Əhmədovanı modalar evində qanunsuz saxlayıblar, onu ətraf mühitdən təcrid edərək işgəncələrə məruz qoyublar. Məqsədləri isə Leyla Əhmədovanı onlara qarşı qaldırdığı 1 milyonluq mülki iddiadan imtina etdirmək olub. Sırf həmin binanın təmirinə 860 min manat pul qoyulub və 238 min manat icarə haqqı da Nizami Ağayevin özünə verilib. Lakin N. Ağayev və A. Lütfəliyev məhkəmədə Leyla Əhmədovadan pul almaqlarını, hətta onu tanımaqlarını inkar ediblər. 
Hazırda məhkəmə istintaqı davam etdirilir. 
Загрузка...
Загрузка...

Xəbər lenti