Bakıda soyğunçuluq edən bacı-qardaş tutuldu (FOTOLAR)

Bakıda soyğunçuluq edən bacı-qardaş tutuldu (FOTOLAR)
Загрузка...

Bakının Binəqədi rayonun soyğunçuluq edən bacı və qardaş saxlanılıb. Musavat.com-un məlumatına görə, iki ay əvvəl Binəqədi rayon sakini Nailə Babayeva əl çantasının tanımadığı şəxslər tərəfindən soyğunçuluq yolu ilə oğurlanması barədə Binəqədi Rayon Polis İdarəsinə müraciət edib. 

Zərərçəkən əl çantasında 150 manat pul və bahalı mobil telefon olduğunu bildirib.  Hadisədən iki ay sonra Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxsləri müəyyəm ediblər. Şübhəlilər - 22 yaşlı Ülkər Qarayeva və 17 yaşlı qardaşı saxlanılaraq, istintaqa təhvil verilib. 

Binəqədi Rayon Polis İdarəsində dindirilən Ülkər cinayətin qardaşı tərəfindən törədildiyini bildirib. Ülkər Qarayevanın azyaşlı qardaşı da dindirilib. O, soyğunçuluq zamanı bacısı ilə birlikdə olduğunu etiraf etsə də, Ülkərin cinayətdə iştirak etmədiyini bildirib. 

 Binəqədi Rayon Polis İdarəsində faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir. 

Criminal.az

BakıdaBakıdaBakıda

Xəbər lenti