Bakıda silahlı insident

Bakıda silahlı insident
Загрузка...
Noyabrın 17-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən pansionatın qarşısından orada yaşayan Sərvər Quliyev güllə yarası, ögey qardaşı, əvvəllər məhkum olunmuş Anar Hüseynov isə alın nahiyəsinin əzilmiş xəsarətləri ilə xəstəxanaya gətiriliblər. DİN-dən verilən xəbərə görə, S.Quliyevin vəziyyəti orta-ağırdır, A.Hüseynov isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən qəsəbə sakini Qorxmaz Əliyev saxlanılıb, cinayəti törədərkən istifadə etdiyi, kustar üsulla hazırlanan "Naqan” tipli tapança götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Загрузка...
Загрузка...

Xəbər lenti