Bakıda sələmçi iş adamını təhdid edir: Kriminal avtoritetlər işə düşə bilər

Bakıda sələmçi iş adamını təhdid edir: Kriminal avtoritetlər işə düşə bilər
Загрузка...
Ötən gün Bakının Nərimanov rayonunda hədələmə yolu ilə iri məbləğdə pul tələb edilməsi faktı qeydə alınıb. Belə ki, Biləsuvar sakinindən 600 min manat tələb edərək onu kriminal avtoritetlərlə hədələyirlər.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən Oxu.Az-a verilən məlumata görə, sahibkar Murad Əsədov 2018-ci ilin noyabrında İsmayıl adlı şəxsdən faizlə 180 min manat alıb.
Zərərçəkən İsmayıla yarım milyon manat ödədiyini təsdiq edir, lakin sələmçi ondan əlavə olaraq 100 min manat ödəməsini tələb edir. Şantajçı deyib ki, əks təqdirdə sahibkarla kriminal avtoritetlər söhbət edəcək və M.Əsədov üçün yaxşı olmayacaq. Hazırda Nərimanov RPİ-nin əməkdaşları sələmçinin və onun kriminal ətrafının aşkar edilməsi istiqamətində işləyirlər.
Qeyd edək ki, mayın 28-də Nizami rayonunda 10 min manat borca görə bir kişi oğurlanıb. Artıq şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilib.
Загрузка...
Загрузка...

Xəbər lenti