Bakıda sakinlərin abadlıq üçün müraciətinə gözlənilməz reaksiya: Bina tikiləcək? Bakıda sakinlərin abadlıq üçün müraciətinə gözlənilməz reaksiya: Bina tikiləcək?

Bakıda sakinlərin abadlıq üçün müraciətinə gözlənilməz reaksiya: Bina tikiləcək?
Загрузка...
"Binamızın ümumi küçəyə olmayan hissəsində, həyətində boş ərazi vardır və onu dövlət orqanlarına müraciət edib uşaqların sağlam böyüməsi üçün oyanamaq üçün kiçik basketbol, futbol üçün meydança düzəltmək niyyətində idik. Bunu eşidəndən təqribən bir həftə sonra naməlum şəxslər həyət tərəfdə həmin ərazi da daxil olmaqla bu ərazini dəmir hasara almışlar və görünən odur ki, böyük tikintiyə hazırlaşırlar". Bu sözləri Səbail rayonu Xanlar küçəsi 2 saylı ünvanda yaşayan binanın sakinləri deyib.
Sakinlər deyir ki, həmin dəmir hasarla binanın arası iki metr ancaq olar. Uşaqlar üçün meydança qalsın bir kənara, həmin ərazidə yündür mərtəbəli bina tikintisi aparılarsa bu ümumi tikinti norma qaydalarına zidd olacaqdır. Lakin görünür ki, bəzi məmurlara arxalanan sahibkarlar üçün artıq müqəddəs heç nə qalmayıb. Bizə dəqiq məlumat verilməsədə hazırda bu qanunsuz torpaq zəbtinin kimin tərəfindən həyata keçirilməsini aydınlaşdırmağa çalışırıq. Sizdən xahiş edirik mətbuat vasitəsi ilə bizim bu müraciətimizi Səbail rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə çatdırasınız və həmin qurumlar bu qanunsuz dəmir hasarın sökülməsi üçün tədbir görsün. 
Səbail rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Anar Hüseynov Criminal.az saytına bildirdi ki, məsələni araşdırdıqdan sonra dəqiq məlumat verəcək.  



Загрузка...
Загрузка...

Xəbər lenti