Əmisinin evini yardı, Bakıda kef elədi - FOTO

Əmisinin evini yardı, Bakıda kef elədi - FOTO
Загрузка...

Gədəbəydə gənc oğlan əmisinin mənzilindən oğurluq edib. Əldə etdiyi pulu əyləncəyə xərcləyən gənc indi peşmançılıq keçirdiyini deyir.  Criminal.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gədəbəy sakini Razim Mehdiyev rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Söyüdlü kəndindəki mənzilindən xeyli miqdarda qızıl əşyalarının və nəğd pulun oğurlandığını bildirib. Zərərçəkənin müraciəti əsasında əməliyyat axtarış tədbirlərinə başlayan Gədəbəy polisi oğurluğun üstünü aça bilib.

 Məlum olub ki, Razim Mehdiyevin mənzilindən oğurluq edən onun qardaşı oğlu Bahəddin Mehdiyevdir. 

 Şahin Rzayev, müstəntiq: "Müəyyən edilib ki, Gədəbəy rayonunun Söyüdlü kənd sakini Mehtiyev Bahəddin Akif oğlu 19 oktyabr, 2015- ci ildə əmisi Mehdiyev Razim Novruz oğlunun evinə daxil olaraq oradan qızıl-zinət əşyalarını və nağd pul oğurlayıb. Mehdiyev Bahəddin Akif oğlu şübhəli şəxs qismində tutulub".  Bahəddin Mehdiyev oğurladığı qızıl-zinət əşyalarının bir qismini Şəmkir rayonunda satıb. Sonra isə istirahət məqsədi ilə paytaxt Bakıya yollanıb. Bir neçə gün orada əylənən Bahəddin yenidən doğma rayonuna qayıdıb.  

Bahəddin Mehdiyev: "Mən həmin günü içkili idim. Birdən qərara gəldim ki, əmimin evindən oğurluq edim. Bunu da etdim. Qızılların bir hissəsini Şəmkirdə satıb, Bakıya getdim. Sonra isə Gədəbəyə qayıdanda polislər tutdular. Əməlimdən çox peşmanam".  Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, istintaq aparılır. 

Criminal.az

ƏmisininƏmisinin

Xəbər lenti