Rektor həbsinə reaksiya

Rektor həbsinə reaksiya
Загрузка...

Təfəkkür Universitetindən bu ali məktəbin keçmiş müəllimi olduğu deyilən Riyad Əliyevin həbsinə reaksiya gəlib. Universitetin mətbuat xidmətindən virtualaz.org saytına bildirilib ki, Təfəkkür Universitetinin Riyad Əliyev adlı təsisçisi olmayıb və universitetin Kiyev şəhərində filialı yoxdur.

“Bu adamın bizim universitetə heç bir aidiyyəti yoxdur. Riyad Əliyev adında şəxs heç vaxt bizim universitetdə işləməyib. Dələduzdur, əvvəllər məhkum edilib. Həbs olunanda da bizim adımızdan istifadə edir, həbsdən buraxılanda da” - deyə Təfəkkür Universitetindən bildirildi. 

 Qeyd edək ki, R.Əliyev İnterpol xətti ilə axtarışa verilib. İnterpolun saytında yerləşdirilən məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub. Mətbuatda yayılan məlumatlarda R.Əliyev Təfəkkür Universitetinin təsisçisi və Kiyev filialının rektoru kimi təqdim olunub.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti