Gədəbəydə 38 yaşlı qadın döyüldü

Gədəbəydə 38 yaşlı qadın döyüldü
Загрузка...

Gədəbəy rayonunda qadın döyülüb.

Criminal.az-ın APA-ya istinadən məlumatna görə, Gədəbəy rayon Əmiraslanlı kənd sakini, 1977-ci il təvəllüdlü Nəzakət Məmmədova, kəllə-beyin travması və bədənin müxtəlif hissələrinin əzilməsi xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. N. Məmmədovanın bildirdiyinə görə, o yaşadığı kənddə qonşularının uşaqları tərəfindən döyülüb. Onun bağına girərək meyvə yığan uşaqlara iradını bildirən qadın onlar tərəfindən döyüldüyünü deyib.

Gədəbəy rayon Polis Şöbəsindən verilən məlumata görə, N. Məmmədova qonşusu və qohumu olan Zülfüqar Məmmədovun övladları tərəfindən döyüldüyünü açıqlayıb. Lakın qarşı tərəf bunu rədd edir.

Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti