Bakıda qatar taksi ilə toqquşdu: 5 sərnişin ağır yaralandı

Bakıda qatar taksi ilə toqquşdu: 5 sərnişin ağır yaralandı
Загрузка...
Bu gün Bakıda, Xəzər rayonunun Zirə qəsəbəsində (Qala yolu) qatar taksi ilə toqquşub. Qəza nəticəsində taksidə olan 5 sərnişin yaralanıb. İlkin ehtimala görə, taksi sürücüsü qatarın gəldiyini görməyib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı təcili yardıma 12:44-də çağırış olub. Hadisə yerinə 5 təcili yardım briqadası cəlb olunub. 
Qatarın taksi ilə toqquşması nəticəsində yaralanan 22 yaşlı qadın və 20 yaşlı kişinin vəziyyəti ağırdır. Pərviz Abubəkirov bildirib ki, onlar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. 33 və 38 yaşlı sərnişinlərə isə tibbi yardım göstərilib, onların həyatı üçün təhlükə yoxdur: "Qəzadan sonra bir nəfər maşından düşərək qaçıb, amma sonradan geri qayıdaraq təcili yardım həkiminə müraciət edib. Həmin şəxsə də yardım göstərilib”.

Загрузка...
Загрузка...

Xəbər lenti