Hacıqabulda ər arvadını öldürdü, daha sonra özünü güllələdi

Hacıqabulda ər arvadını öldürdü, daha sonra özünü güllələdi
Загрузка...

Hacıqabul rayonunda qətl hadisəsi baş verib.

Criminal.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında Hacıqabul şəhəri Əlağa Vahid küçəsi -155 ünvanında qeydə alınıb.

Rayon sakini 1953-cü il təvəllüdlü Hüseynov Əflan Gəncəli oğlu həyat yoldaşı, 1954-cü il təvəllüdlü Hüseynova Almaz Sabir qızına ürək nahiyəsinə bıçaqla vuraraq qətlə yetirib.

Bundan sonra Ə. Hüseynov özünü ov tüfəngi ilə vuraraq öldürüb.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.

Criminal.az

Xəbər lenti