Bakı metrosunda bıçaqlaşma

Bakı metrosunda bıçaqlaşma
Загрузка...

DİN məlumat yaydı.

Bakı Metropoliteninin “Xalqlar Dostluğu” stansiyasında cinayət hadisəsi törədilib.

Criminal.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, oktyabrın 30-da “Xalqlar Dostluğu” metrostansiyasında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Ramiz Babayev həmyerlisi Mirağa Əhədova bıçaq xəsarəti yetirib.

Metropolitenin polis şöbəsinin cinayət-axtarış qrupu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti