“Qarabağ”da sürpriz oğurluq

“Qarabağ”da sürpriz oğurluq
Загрузка...

Avroliqanın qrup mərhələsində Fransanın “Monako” klubu ilə növbəti qarşılaşmasına hazırlaşan Azərbaycanın “Qarabağ” klubu maraqlı “sürpriz”lə qarşılaşıb.   

Criminal.az “Qafqazinfo”ya istinadən bildirir ki, “Monako” ilə oyuna 1 gün qalmış klubun qonaq azarkeşlər üçün nəzərdə tutulan 110 dəvətnaməsi oğurlanıb. Məhz bu səbəbdən də bu gün oyuna baxmaq üçün qonaqlara söz verilən dəvətnamələrin təqdimatında problemlər yaşanıb.    

 Qeyd edək ki, Azərbaycanın “Qarabağ” klubu “Monako”nu sabah Toqif Bəhramov stadionunda, 20:00-da qarşılayacaq. “Qarabağ” səfərdə 0:1 hesabı ilə uduzduğu görüşdən qalib ayrılmağa çalışacaq. Məhz belə bir şəraitdə kluba azarkeşlik etmək naminə dəvətnamələri oğurlayanları bağışlamaq, hətta buna sevinmək də olar.  

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti