Bakıda qadın ərini yuxuya verərək azyaşlı uşağı ilə evdən qaçıb Bakıda qadın ərini yuxuya verərək azyaşlı uşağı ilə evdən qaçıb

Bakıda qadın ərini yuxuya verərək azyaşlı uşağı ilə evdən qaçıb
Загрузка...
Ailə başçısı 10 gündən artıqdır yoxa çıxan xanımı və azyaşlı övladını axtarır. Bakı sakini İslam Fərəczadə Criminal.az saytına bildirib ki, həyat yoldaşı Fatma Fərəczadə 8 yaşlı oğlu Məhəmmədi də götürərək evdən qaçıb. 
Onun sözlərinə görə, F.Fərəczadə planını sentyabrın 24-də gecə yarısı həyata keçirib: "Mən yatmışam. Təxminən gecə saat 3-də mən yuxuda olarkən əşyalarını toplayaraq evi tərk edib. Bu vaxta qədər onun və uşağın harada olmasından xəbərsizəm.Uşağımın taleyindən çox narahatam. Onlar evdən gedəndən gecəm-gündüzüm yoxdu".
İ.Fərəczadə deyir ki, ailəsi ilə birlikdə qaynatasıgildə yaşayır və həyat yoldaşı ilə ev almaq üçün münaqişələri olub. Qaynatası da qızının harada olmasından xəbərsizdir. 
"Yoldaşım Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məndən şikayət edib. Guya onu incidirəm. Yoldaşım boşanma üçün məhkəməyə də müraciət edib. Amma mən ailəmin dağılmasını istəmirəm. Suraxanı rayon Məhkəməsində boşanma işi ilə bağlı getmişdim, ora da gəlməmişdi. Bilmirəm nə edim"-deyə İ.Fərəczadə bildirib. 



 
Загрузка...
Загрузка...

Xəbər lenti