Bakıda prokuror Kəlbəcəri minalamaqda ittiham olunan Ermənistan vətəndaşlarına cəza istəyəcək

24 Yanvar 2022, 22:41
24 Yanvar
2022
22:41
1026
Sənədlərin elanı və tədqiqi mərhələsi başa çatıb
Bakıda həbsdə olan Ermənistan vətəndaşlarından daha iki nəfərin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Fevralın 28-də prokuror onlara cəza istəyəcək.
Söhbət Kəlbəcər rayonu istiqamətində Azərbaycan ərazisini minalamaqda ittiham olunan iki nəfərdən – Sarqsyan İşxan Aşoti və Rafaelyan Vladimir Otaridən gedir. Onlar 2021-ci il mayın 26-dan 27-nə keçən gecə saat 3 radələrində saxlanıb.
Adları çəkilən Ermənistan vətəndaşlarının işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxsa da, məhkəmə prosesi Bakıda – Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilir.
Yanvarın 24-də keçirilən məhkəmədə cinayət işinin materiallarında olan bir sıra sənədlər elan edilib. Həmin sənədlərdə göstərilib ki, təqsirləndirilən Ermənistan vətəndaşları 27 may 2021-ci ildə gecə saat 3 radələrində Azərbaycan sərhədini Kəlbəcər rayonu istiqamətində qanunsuz keçiblər. Onların Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələri və digər təyinatlı məntəqələrin keçid yollarında minalanma işlərini həyata keçirdiyi iddia olunur.
Sənədlərdə göstərilib ki, təqsirləndirilən şəxslərdən ümumilikdə 23 ədəd mina götürülüb.
Elan edilən sənədlərdən o da aydınlaşıb ki, mayın 27-də təqsirləndirilən İşxan Sarqsyan və Vladimir Rafaelyanla yanaşı, daha 4 nəfər də saxlanılıb. Lakin onlar ötən il Ağdam rayonu ərazisindəki minaların xəritələrinin verilməsi müqabilində Ermənistana qaytarılan şəxslərin arasında olub.
Bundan başqa, təqsirləndirilən İşxan Sarqsyanın telefonuna baxış zamanı 2019-cu ildə çəkilmiş faylda Azərbaycan Tovuz rayonunun Ağbulaq kəndinin koordinantları tapılıb. Cinayət işinin materiallarında vurğulanıb ki, Bakı-Tbilisi- Ceyhan neft kəmərinin stansiyası o kəndin yaxınlığındadır.
Hakimlər elan edib ki, İşxan Sarqsyanın telefonundan həmçinin onların saxlandığı və mina düzdükləri iddia olunan yerin – Kəlbəcər rayonun Yuxarı Ayrım kəndinin əvvəl çəkilmiş görüntüləri tapılıb.
Sənədlərin elanı və tədqiqi mərhələsi başa çatandan sonra prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakim Elmin Rüstəmov yanvarın 28-nə qədər vaxt verib.
Adları çəkilən Ermənistan vətəndaşlarına qarşı Cinayət Məcəlləsinin 214.2.3 (Terrorçuluq, silahdan istifadə etməklə törədildikdə), 228-ci (qanunsuz silah-sursat əldə etmə, saxlama), 318 (ölkə sərhədini keçmə) və 282-ci (təxribat törətmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər 2021-ci il mayın 26-dan 27-nə keçən gecə Kəlbəcər istiqamətində sərhədi qanunsuz keçərək, Azərbaycan ərazisini minalayıblar. Bu zaman Azərbaycan hərbçiləri onları saxlayıb, üzərlərində olan tank və piyadalar əleyhinə minalar götürülüb.
Lakin İşxan Sarqsyan və Vladimir Rafaelyan özlərini təqsirli bilmir. Hərbçi olduqlarını və əmri icra etdiklərini deyirlər.
Ermənistan tərəfi də mayın 27-də yaydığı bəyanatda adları çəkilən vətəndaşlarının Azərbaycanla sərhəddə – Ermənistan Silahlı Qüvvələri tərəfindən mühafizə olunan ərazidə mühəndis işləri apararkən girov götürüldüyünü bildirib.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
-
Manşet, Məhkəmə
MTN-də Prezident Adminstarsiyasının məsul işçisindən 10 milyon dollar rüşvət alınıb – işdə Ziyad Səmədzadənin adı hallanır!!!
-
Manşet, Məhkəmə
“Sanki mən Tofiq Yaqublu olduğumu sübut etməliyəm”