Qardaşları döydü, sonra bıçaqladı

Qardaşları döydü, sonra bıçaqladı
Загрузка...

İki qardaşı döyüb, birini bıçaqlayan gəncə qarşı cinayət işi açılıb.

Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Qaradağ rayonunda baş verib.

Qobustan qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Teyyub Mustafayev və 1994-cü il təvəllüdlü Elşən Rzayev xuliqanlıq zəminində bir-birini döyüblər.

Hadisə zamanı orada olan və davaya mane olmaq istəyən T.Mustafayevin qardaşı, 1991-ci il təvəllüdlü Mahir də döyülüb və E.Rzayev onu ayağından bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 211-ci maddəsi ilə cinayət işi açılıb.

Araşdırma aparılır.

Criminal.az

Xəbər lenti