Bakıda polisi qız üstündə döydülər

Bakıda polisi qız üstündə döydülər
Загрузка...
Bakının Sabunçu rayonu ərazisində yerləşən kafedə polis əməkdaşı döyülüb. Criminal.az saytının məlumatına görə, hadisə Bakıxanov qəsəbəsi, yavər Əliyev küçəsində yerləşən ''111 Pub'' kafesində baş verib. 
Gecə saat 03 radələrində həmin kafenin yerləşdiyi binada yaşayan Ceyhun adlı şəxslə həmin obyektin Mübariz adlı sahibi arasında dava düşüb. Davaya bir neçə nəfər də qoşulub. Ceyhun adlı polis serjantı döyülərək kafedən bayıra atılıb.
Davanın qız üstündə baş verdiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları gəlib. Dava iştirakçıları Sabunçu rayonu 13-cü polis bölməsinə aparılaraq izahatları alınıb.
 
Загрузка...
Загрузка...

Xəbər lenti