Azərbaycanlı prodüser fırıldaqçılıqda suçlanır - FOTO

Azərbaycanlı prodüser fırıldaqçılıqda suçlanır - FOTO
Загрузка...

Bakı sakini Günel Həsənova Zorik adı ilə tanınan azərbaycanlı prodüser Zöhrab Ağayev tərəfindən aldadıldığını iddia edir.  Criminal.az anspress-ə istinadən bildirir ki, G.Həsənova Zöhrab Ağayevi fırıldaqçılıqda ittiham edir. 

Belə ki, Günel Zorikdən arıqlamaq üçün dərmanlar aldığını, amma o dərmanların effektiv olmadığını iddia edir.  150 manata aldığı həmin dərmanları 10 gün müddətinə qəbul etsə də, heç bir nəticə görməyən Günel Həsənova dərmanların saxta olduğunu hesab edir: 

"Dərmanı mənə taksi sürücüsü gətirdi. Sürücü dərmanları Zöhrab Ağayevdən almışdı. Elə dərmanları görəndə şübhələndim ki, bu dərmanlar adi şüşə qabda, açıq şəkildə olduğu üçün saxta ola bilər." 

 İndi Zoriklə heç cür əlaqə saxlaya bilmədiyini deyən Günel Həsənova prodüserin dələduz olduğunu söyləyir.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti