Bakıda polis karantindən qaçan həkimi xəstəxanaya yerləşdirib

Bakıda polis karantindən qaçan həkimi xəstəxanaya yerləşdirib
Загрузка...
Həkimdə koronavirusa yoluxma şübhəsi var Bakıda karantindən qaçan həkim saxlanılıb. Bu barədə məlumatı Azərbaycan Daxili İşlər Nazirliyi yayıb.
Nazirlik bildirib ki, koronavirus infeksiyasına yoluxmasına şübhələr yarandığı üçün ixtisasca həkim olan bir nəfərin xüsusi rejimli xəstəxanaya yerləşdirilməsinə qərar verilib.
"Həkim olmasına baxmayaraq, müxtəlif bəhanələr göstərməklə, olduğu ünvanı tez-tez dəyişməklə müalicədən yayınmaq məqsədilə gizlənib. Müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal keçirilən təxirəsalınmaz çevik tədbirlər nəticəsində onun yeri müəyyən edilib və saxlanılaraq xüsusi rejimli xəstəxanaya yerləşdirilməsi təmin olunub”.
Eyni zamanda, həkimin ailə üzvləri və sıx təmasda olduğu şəxslər də müayinə olunmaları üçün karantin nəzarətinə təhvil verilib. Nazirlik qeyd edib ki, tətbiq edilən zəruri sosial izolyasiya tədbirlərinə, məhdudiyyətlərə riayət etməyənlər barəsində müvafiq qaydalara və qanunun tələblərinə uyğun olaraq, ciddi tədbirlər görüləcək.

Xəbər lenti