Maşallah Əhmədov həbs olundu!- ƏLAVƏ OLUNUB

Maşallah Əhmədov həbs olundu!- ƏLAVƏ OLUNUB
Загрузка...

Azərbaycan futbolunun məşhur hücumçularından olmuş Maşallah Əhmədovun həbs xəbəri yayılıb. Criminal.az bizimyol.info-ya istinadən xəbər verir ki, veteran futbolçuya cinayət işi açılıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur.  

 Xatırladaq ki, Maşallah Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. Əhmədov 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır.  

 Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Fəqan Cəfərov 2012-ci ildə polisə ərizə ilə müraciət edərək ona məxsus, Binəqədi-Baksol yolunda yerləşən sexdən M.Əhmədovun 72 min manat dəyərində üzlük piltə götürdüyünü və pulunu ödəmədiyini bildirib. Polisə daxil olan həmin şikayət əsasında cinayət işi başlanıb. Lakin həmin cinayət işinin başlamasından 3 il keçməsinə baxmayaraq M.Əhmədov pulu ödəməyib. 

 Bu il dekabrın 14-də isə Binəqədi polisinə M. Əhmədovla bağlı daha bir şikayət daxil olub. Bakı şəhər sakini Yusif Əzizov şikayət ərizəsində M.Əhmədovun ondan 105 min manat dəyərində mərmər daşı götürdüyünü, pulunu ödəmədiyini qeyd edib. M.Əhmədov həmçinin Y.Əzizovdan oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb və vədinə əməl etməyib. M.Əhmədovla bağlı polisə daxil olan ikinci şikayət də birinci şikayət əsasında başlanmış cinayət işinə əlavə edilib və hazırda istintaq tədbirləri davam etdirilir. 

 Criminal.az

Xəbər lenti