Müəllimə seçki qutusu aparılan evdə öldürülübmüş

Müəllimə seçki qutusu aparılan evdə öldürülübmüş
Загрузка...

Beyləqan rayonunda qətl hadisəsi baş verib. Criminal.az APA-ya istinadən xəbər verir ki, Beyləqan şəhərindəki 3 saylı orta məktəbin Səbahət Quliyeva adlı müəlliməsi evində qətlə yetirilib. Onun həyat yoldaşı Nadir Quliyev isə huşsuz vəziyyətdə aşkarlanıb. Hadisənin təfərrüatları məlum deyil. Araşdırma aparılır.

Criminal.az atv.az-a istinadən xəbər verir ki, onun meyitini həmin evə daşınan seçki qutusu aparan şəxslər aşkarlayıblar. Hadisə rayonda PMK-42 adlanan ərazidə yaşayan Quliyevlər ailəsinin evində qeydə alınıb. Sakinlərin bildirdiyinə görə, ərazi üzrə seçki məntəqəsinin üzvləri Parkinson xəstəliyindən əziyyət çəkən yataq xəstəsi Natiq Quliyevin səs verməsi üçün onların evinə gediblər. Lakin evə daxil olarkən Natiqin həyat yoldaşının cəsədini aşkarlayıblar. Yataqda xəstə yatan Natiq Quliyevin isə müxtəlif xəsarətlər aldığının şahidi olublar. Vəziyyəti görən şəxslər rayon polis şöbəsinə və mərkəzi rayon xəstəxanasına xəbər veriblər. Natiq Quliyev hazırda rayon xəstəxanasında koma vəziyyətindədir. Ailənin 2 qızı, 1 oğlu var. Onların övladları Bakı şəhərində yaşayır.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti