Azərbaycanlı gənc erməni qızına aşiq oldu və... öldürdü

Azərbaycanlı gənc erməni qızına aşiq oldu və... öldürdü
Загрузка...

Qızın atası şokdadır və azərbaycanlı gənci öldürəcəyini deyir.

Rusiyada azərbaycanlı gənclə erməni qız arasında “Əsli və Kərəm” dastanının motivlərini xatırladan məhəbbət dramı qətllə nəticələnib. Virtualaz.org saytı xəbər verir ki, bu əhvalat haqda “Moskovskiy komsomolets” qəzeti yazır. Qəzetin yazdığına görə, qətl hadisəsi ötən bazar günü Moskvada baş verib. Piroqov adına Rusiya Tibb Universitetinin 19 yaşlı tələbəsi olan Anna adlı (ad şərtidir-red.) qız metronun “Oqradnoye” stansiyasının qarşısında azərbaycanlı gənc tərəfindən bıçaqlanaraq öldürülüb. 

 Xəbərdə bildirilir ki, “ağıllı, tərbiyəli” qız olan Annanın arxasınca Rusiya Müdafiə Nazirliyinin Hərbi Universitetinin III kursunda oxuyan, Edik adlı 19 yaşlı “qeyri-adekvat gənc” düşübmüş. Onlar hələ orta məktəbdə oxuyarkən görüşüblər, ancaq belə görünür ki, Anna münasibətləri kəsməyi qərara alıb. Lakin bu, Ediki qane etməyib və o, heç də normal olmayan metodlarla qızın etimadını yenidən qazanmağa çalışıb. Məsələn, o, dostları ilə birlikdə maşın korteji təşkil edərək qızın yaşadığı evin qarşısında dayanıb, yaxud onun dalınca adam salaraq izlətdirib. Dostları qızın hər addımı barədə ona məlumat çatdırıblar. Həmçinin azərbaycanlı gənc qızı hədələyib. Qızın atası dəfələrlə oğlanın anasından bu təqiblərə son qoyulmasını istəyib, ancaq Edikin anası oğlunun hərəkətlərinə bəraət qazandırıb. 

Bildirilir ki, qız və valideynləri bir neçə dəfə polisə şikayət də ediblər, ancaq müstəntiqlər ortada cinayət tərkibi tapmayıblar. Nəhayət, oktyabrın 12-də Anna metronun “Frunzensk” stansiyasından evlərinə yola düşüb. Atasına tezliklə evə gələcəyinə dair SMS göndərib. Ancaq aradan iki saat keçsə də qız gəlməyib. Atası onun dalınca metroya gedib və qızının cəsədini Xaçaturyan küçəsi, ev 16 ünvanında küçədə aşkar edib. İlkin məlumatlara görə, Edik qızı metronun qarşısında gözləyib və zorla başqa səmtə çəkərək qısa söhbətdən sonra ona bir neçə bıçaq zərbəsi endirib. Hazırda o, həbs edilib. Qızın atası şokdadır və azərbaycanlı gənci öldürəcəyini deyir.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti