Bakıda 29 yaşlı kişi qətlə yetirilib FOTO

Bakıda 29 yaşlı kişi qətlə yetirilib FOTO
Загрузка...

Ötən gecə Bakıda 29 yaşlı kişi aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Ağadadaş Qurbanov küçəsi 77 ünvanında 29 yaşlı Adil Məmmədov bıçaqlanıb. 

O, təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlər Adil Məmmədovun öldüyünü müəyyən ediblər. Polis və prokurorluq əməkdaşları hadisənin baş verdiyi evdə müayinələr aparıblar. 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Adil Məmmədovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı heç kim şübhəli şəxs qismində saxlanılmayıb. Adil Məmmədovun öz-özünə bıçaq xəsarəti yetirdiyi və bunun nəticəsində öldüyü də istisna edilmir. Faktla bağlı Nəsimi rayon prokurorluğundan cinayət işi başlanılıb, araşdırma aparılır.

Criminal.az

BakıdaBakıdaBakıda

Xəbər lenti