Bakıda müstəntiqlə "iş görən" cindar ana-bala həbsə düşdü - CİNAYƏT DOSYESİ

Bakıda müstəntiqlə
Загрузка...
Bir çox insanları aldadaraq onların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirən İbrahimova Lalə Saleh qızı və onun oğlu Əlizadə Hüseyn Qağaməli oğlunun məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. Criminal.az xəbər verir ki, Lalə İbrahimova və Hüseyn Əlizadə 13 nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinirlər. Bundan öncə ana-bala olan falçı dələduzlar Hüseynova Pərvanə Şahbala qızının külli miqdarda pulunu falçılıq yolu ilə ələ keçirdikdən sonra onu həbs etdirməyə də nail olublar.
Belə ki, Lalə İbrahimovanın Səbail Rayon Polis İdarəsinə şikayət edərək Pərvanə Hüseynovanın ondan və Mərkəzi Univermaqda qızıl işi ilə məsğul satıcıları aldadaraq ümumilikdə 47 min manatliq qızıl və pul götürdüyünü bildirib. Bundan sonra cinayət işi araşdırılması üçün Səbail RPİ-nin baş müstəntiqi, polis mayoru Emil Muxtarovun icraatına verilib. Pərvanə Hüseynovanın faciəli günləridə elə bundan sonra başlayıb.
Lalə İbrahimova özündən başqa 6 nəfəri də Pərvanə Hüseynovanın üzünə durğuzmağa müvəffəq olub. Bu işdə isə müstəntiq Emil Muxtarovun "böyük xidmətləri" olub. Səbail RPİ-də sahə müvəkkili işləyən Cəfər Həsənəliyevin "böyük dəstəyi" ilə Emil Muxtarovla yaxından tanış olan Lalə İbrahimova ona 17 min manat rüşvət verərək Pərvanə Huseynovaya qarşı cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlatdiraraq onu tutdurmağa nail olub.
İstintaq zamanı Lalə İbrahimova bildirib ki, Pərvanə Huseynovaya 5 min manatlıq nisyə qızıl verib, ancaq sonuncu onun etibarından istifadə edərək qızılın pulunu verməyib, hətta istintaqa P.Huseynovanin imzası ilə qəbzdə təqdim edib. Həmçinin L. İbrahimova zərərçəkənlərin sayını artirnaq məqsədi ilə gəlini Gülşən Əlizadə və onun xalası Vəfa Məmmədovanıda öz çirkin əməllərinə qoşub.
Guya Pərvanə Hüseynova L.İbrahimovanın gəlini Gülşən Əlizadəni yeni doğulacaq uşağının şikəst doğulacağı ilə qorxuzaraq ondan 1100 manatlıq qızıl-zinyət əşyaları alıb. Ancaq Lalə İbrahimova və oğlu Hüseyn Əlizadə tutulan zaman Gülşən Əlizadə istintaqa səmimi ifadə verərək bildirib ki, o, Pərvanə Hüseynova tutulan zaman yalan ifadə verib. Hüseyn Əlizadə həyat yoldaşı Gülşənə atasının ağır xəstəlikdən öləcəyi ilə qorxuzaraq onu Pərvanə Huseynovanin üzünə durmağa məcbur edib. Deyib ki, əgər mən tutulsam sən və uşaqlarımız başsız qalacaq, atan isə ağır xəstəlikdən oləcək, onun həyatı mənim əlimdədir. O da mustəntiq Emil Muxtarovun hazırladığı ifadələrə məcbur olaraq qol çəkib.
Sonra isə Pərvanə Huseynovanın məhkəməsi zamanı istintaqda qol çəkdiyi ifadəni təkrarlamağa məcbur olub. Məhkəmədə işə Lalə İbrahimovanın vəkili Əbil Həsənov onu başa salıb ki, istintaqa verdiyi ifadəni təkrar oxusun. Həmçinin Gülşən Əlizadə Pərvanə Huseynovanın əri və qayınanası tərəfindən daim qorxu altında saxlanıldığını, onun külli miqdarda pul və qızılları gətirib Hüseynə və Laləyə verdiyinin şahidi olub. Həmçinin Pərvanə Huseynovanın qızı Kəmalənin evində dəfələrlə ehsan süfrələrində iştirak edib.
Gülşən Əlizadə ərinin və qaynanasının cin çıxarma və falcılıq adı ilə bir çox insanları aldatdığını təsdiq edərək bildirib ki, dəfələrlə onlarìn evdə sarı su hazırladığını şahidi olub, evə müştərilər gələn zaman onu qəsdən otağa buraxmayıblar ki, onların yalançı əməllərinin şahidi olaram. Gülşən Əlizadə ilə yanaşı onun xalası Vəfa Məmmədova da Lalə İbrahimova və Hüseyn Əlizadənin təsiri altına düşüb. Hüseyn Əlizadə Vəfa Məmmədovaya zəng edərək onu Axundov bağının yanında kirayə yaşadıqları evə çağırıb və Emil Muxtarovun gətirdiyi bəzi sənədlərə qol çəkməyi xahiş edib.
Bildirib ki, əgər biz tərəfdən şahid çox olmasa Pərvanənin işi onların tutulması ilə nəticəl ənə bilər. O da Emil Muxtarovun göstərdiyi sənədə oxumadan imza atıb. Müstəntiq də onu arxayın edib ki, narahat olma, heç bir yerə cağırılmayacaqsan. Bir müddət sonra isə məhkəmədən ona bildiriş gəlib ki, zərərçəkən qismində gəlib ifadə verməlidir. O isə məhkəməyə getməkdən imtina etdikdə məcburi gətiriləcəyini bildiriblər. Məhkəməyə getdikdə isə vəkil Əbil Həsənov onun heç bir şey danışmağa ehtiyac olmadığını bildirib. Deyib ki, sadəcə istintaqda verdiyi ifadəni təsdiq etsin.
Bacısı qızı Gülşən həmin ifadəni Vəfaya oxuduqda o şoka düşüb. İfadə də yazılıb ki, guya Pərvanə Hüseynova ondan 1000 manatlıq qızıl-zinət əşyaları və 600 manat pul alaraq ona qarşı dələduzluq edib. Sonra anladım ki, Lalə və Hüseyn falciliqla məşğul olaraq insanlara qarşı dələduzluq edirlərmiş. L İbrahimova oz çirkin əməllərini davam etdirərək Valeh Kərimov adlı şəxsidə öz cinayətlərinə qoşaraq onu Pərvanə Hüseynovanın üzünə durdurub. V Kərimov istintaqa verdiyi ifadəsində bildirib ki, P. Hüseynovaya 11500 manatlıq nisyə qızıl verib, ancaq pulunu ala bilməyib.
İstintaqa yalançı zərərçəkmiş qismində Şəfiqə Məmmədova, İradə Şiralıyeva, Elmira Məmmədova, Vəfa Məmmədova da ifadə verərək Pərvanə Hüseynova tərəfindən aldadıldıqlarını deyiblər. Bundan sonra cinayət işinə bəzək-düzək verən müstəntiq Emil Muxtarov cinayət işini baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib.
Hazırda cinayət işi araşdırılan Lalə İbrahimova və Hüseyn Əlizadənin ittiham aktında L.İbrahimova ilə Emil Muxtarov arasında olan telefon danışıqlarının səs yazısı cinayət işi üzrə 13 mart 2018-ci ildə tarixdə keçirilmiş kompleks məhkəmə komputer-texniki və fonoskopik ekspertiza ilədək sübuta yetirilib. Belə ki, müstəntiq telefonda başa salıb ki, aralarında pul məsələsi olan şəxslərlə konkret nə danışsın. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsi zərərçəkmişlərin şikayət ərizələri əsasında Pərvanə Huseynovanı 7 il 6 ay azadlıqdan məhrum edib.
Bakı Apellyasiya məhkəməsidə 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Ona verilən cəzadan narazı qalan Pərvanə Hüseynova Ali Məhkəməyə kassasiya sikayəti verib. Hakim Fərhad Kərimovun sədrliyi ilə araşdırılan cinayət işində bir çox qanun pozuntuları aşkarlanıb. Məhkəmənin qənaətinə görə Lalə İbrahimovanın istintaqa təqdim etdiyi qəbzlərin saxta olması üzə çıxıb.
Belə ki, L.İbrahimova Nərimanov RPİ-də verdiyi ifadəsində göstərib ki, Pərvanə onun evinə 2015-ci ildən gedib-gəlib, ancaq qəbzin 2014-cu ilin noyabr ayında yazıldığı məlum olub. Həmçinin Pərvanə Hüseynovanın dini ayinlər keçirmək adı altında L.İbrahimova və onun oğlu H.Əlizadəyə məxsus Badamdar qəsəbəsindəki evində qaldığı zaman psixoloji və fiziki zorakìlìğa məruz qaldığı müəyyən edilib. Bu xususatlarıda 1-ci və 2-ci instansiya məhkəmələri araşdırmayıb. P. Hüseynovanın ailə üzvlərinin 1-ci instansiya məhkəməsində verdiyi ifadələri isə demək olar ki, nəzərə alınmayıb.
L.İbrahimova və H. Əlizadənin P.Huseynovanın qızı Kəmalənin evində dini ayinlər keçirtmək adı altında Pərvanənin külli miqdarda pulunu mənimsəməsini təsdiq edən kifayət qədər sübutlar ortaya qoyulub. Hətta Qoşqar Verdiyev tərəfindən Kəmalə Hüseynovanın evini satdiraraq ondan 25 min manat nəğd pul almasını təsdiq edən ifadə də verilib. Həmcinin Pərvanə Hüseynova Lalə İbrahimovanın qondarma şikayəti əsasında ona yüklənən 47 min manatida məhkəmə prosesləri zamanı ödəyib. Belə ki, 37 min manatı nağd şəkildə, 10 manatın əvəzinə isə kürəkəni İsmayıl İsmayılov özünə məxsus "Opel" markalı avtomobili Cəfər Həsənəliyevin adına keçirib. Bütün sadalananları nəzərə alan Ali Məhkəmənin Cinayət Kollegiyası 12 dekabr 2017-ci il tarixdə Pərvanə Hüseynovaya ittiham verilmiş 178.3.2-ci maddəsini cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cu maddəsinə tövsif edərək onun cəzasını 2 ilə endirib.
Qeyd edək ki, Lalə İbrahimova və oğlu Hüseyn Əlizadə hamını eyni usulla, falçılıq etmə və cin çıxarma adı ilə aldadaraq vətəndaşların külli miqdarda pullarını və qızıllarını mənimsəyib. İşdə maraqlı məqam odur ki, Lalə İbrahimova və Hüseyn Əlizadə Pərvanə Hüseynovadan sonra aldatdığı Rübabə Ağayeva barədə yenidən Səbail RPİ-nə şikayət edib və R.Agayevanin ona 51 min manat, oglu H.Əluzadəyə 10 min manat, sahə müvəkkili Cəfər Həsənəliyevə isə 17 min manat qızıl borcu olduğunu bildirib. Bu işdə ya təsadufdən, ya da məqsədli şəkildə yenidən mustəntiq Emil Muxtarovun icraatına verilib. Ancaq zərərçəkənlərin sayının çoxluğu və şikayətlərin ayrı-ayrı rayon polis idarələrinə oldugundan cinayət işi araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinə göndərilib.
İstintaqla sübut olunub ki, Lalə İbrahimova və oğlu Hüseyn Əlizadə Rübabə Agayevaya qarşı 216850 manat, Namət Səfərova 133820 manat, Rahim Dostməmmədova 115000 manat, Xanlar Mazanova 99000 manat, Adil Balayevə 16732 manat, Rafael Hüseynova 7200 manat, Rafiq Rəsulova 8300 manat, Rəna Şirlzadəyə 31804 manat, Qızxanım 5550 manat, Saleh və Samirə Xəlilovlar 17450 manat, Röya Səfərova 37375 manat ziyan vurub.
Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə araşdırılır. Lalə İbrahimova və Hüseyn Əlizadənin falçılıq əməllərindən zərərçəkən insanların sayının artacağı istisna edilmir. 
Xatırladaq ki, 216 min manatdan artıq pulu havaya sovrulan R.Ağayeva tanınmış məmurun həyat yoldaşıdır. 











Загрузка...
Загрузка...

Xəbər lenti