Bakıda müəmmalı polis əməliyyatı: soyğunçu kimi tutdu, 1 gün sonra azad etdi Bakıda müəmmalı polis  əməliyyatı: soyğunçu kimi tutdu, 1 gün sonra azad etdi

Bakıda müəmmalı polis  əməliyyatı: soyğunçu kimi tutdu, 1 gün sonra azad etdi
Загрузка...
Bakıda soyğunçu dəstənin üzvləri kimi tutulan şəxslər sərbəst buraxılıb. Criminal.az xəbər verir ki, iyunun 29-da Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində əməliyyat keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində H.Həsənliyə qarşı soyğunçuluq edən Bakı şəhər sakinləri M.Qasımov, Hilal Qurbanov, S.Məmmədov və N.Məmmədov tutulub.
 
Polisin yaydığı məlumatda deyilirdi ki, onların digər cinayət əməlləri də istisna edilmir. Bu şəxslərin əməllərindən zərər çəkən digər şəxslər də varsa bu barədə DİN-in "102-Zəng Mərkəzi”nə, Səbail RPİ-yə və 9-cu Polis Bölməsinə müraciət etmələri də tövsiyyə olunurdu. Bundan əlavə həmin gənclərin fotoları da mətbuat vasitəsilə tırajlanmışdı. 
Criminal.az saytına verilən məlumata görə, H.Qurbanov artıq sərbəst buraxılıb. Onun iki gün əvvəl soyğunçu kimi tutulub, bir gün sonra azadlığıa hansı səbəbdən buraxılması məlum deyil. 

Səbail rayon Polis İdarəsindən Criminal.az saytına bildirildi ki, həmin şəxsləri bölmə əməkdaşları tərəfindən tutulub. Onların sərbəst buraxılmasını da həmin bölmədən öyrənmək lazımdır.
Səbail RPİ-nin 9-cü polis bölməsinin növbətçi hissəsindən bildirildi ki, ola bilsin həmin şəxslər istintaq dövründə sərbəst buraxılıblar. Onların yenidən həbs olunması mümkündür. 
Belə sual yaranır, əgər tutulan gənclər bıçaqla hədələyərək soyğunçuluq cinayəti törədiblərsə, niyə sərbəst buraxılırlar? Əgər cinayətləri sübuta yetirilməyibsə, Daxili İşlər Nazirliyi həmin gənclərin şəkillərini cinayətkar kimi ölkə mətbuatında niyə yayınmlayır? 
H.Qurbanovun yaşadığı ərazinin sakinləri bildiriblər ki, o bədənin böyük hissəsi "taturovka" olduğundan hərbi xidmətə aparılmayıb. Ərazi üzrə polis bölməsinin daim nəzarətdindədir. Onunla bağlı bir neçə dəfə şikayətlər olsa da, bütün işlərdən günahsız çıxmağı bacarıb.   
Məsələni diqqətdə saxlayacağıq...



Загрузка...
Загрузка...

Xəbər lenti