Elşad Abdullayevin bacısı oğlunun tutulmasının səbəbi məlum oldu FOTO

Elşad Abdullayevin bacısı oğlunun tutulmasının səbəbi məlum oldu FOTO
Загрузка...

Baş Prokurorluq ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qohumu Azad Mürsəliyevin saxlanılmasına aydınlıq gətirdi. Qurumun mətbuat xidmətindən Criminal.az-a daxil olan məlumatda deyilir ki, bəzi kütləvi informasiya vasitələrində Azad Mursalıyevin həbs olunması barədə yayılmış informasiyalar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur. 

 Göstərilənlərlə bağlı bildiririk ki, Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə A.Mursalıyevin cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən məlumatlara malik olduğunu nəzərə alaraq, eləcə də istintaqla mütəmadi və sıx əlaqələrini təmin etmək məqsədi ilə müvafiq qaydada ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulub.

Barəsində belə bir məhdudiyyətin mövcudluğunu bilə-bilə A.Mursalıyev oktyabrın 31-də saat 18.45-də dövlət sərhədini “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsi vasitəsi ilə keçərkən saxlanılıb. 

Qazax rayon Polis Şöbəsində ölkə ərazisindən çıxışına qoyulmuş məhdudiyyətin tələbləri bir daha izah edildikdən sonra o, həmin gün sərbəst buraxılıb. 

Criminal.az

Elşad
Загрузка...
Загрузка...

Xəbər lenti