Bakıda məşhur “Qoşa Park” yanır, içəridə sakinlər var Bakıda məşhur “Qoşa Park” yanır, içəridə sakinlər var Bakıda məşhur “Qoşa Park” yanır, içəridə sakinlər var

Bakıda məşhur “Qoşa Park” yanır, içəridə sakinlər var
Загрузка...
Bakıda məşhur yeni tikili - "Qoşa Park” yanır. Virtualaz.org-un sakinlərə istinadən verdiyi məlumata görə, yanğın təxminən yarım saat bundan əvvəl başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Sakinlərin bildirdiyinə görə, mənzillərdə qalanlar var və onlar binanı tərk edə bilməyiblər. Xilasedicilər sakinləri təxliyə edirlər.
 Bina sakinlərinin bildirdiklərinə əsasən, yuxarı mərtəbələrdə yaşayanlar mənzillərini tərk edə bilmirlər. Sakinlər arasında təşviş hökm sürür. Hadisə yerinə beş təcili tibbi yardım maşını cəlb olunub. Bunu virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib. Onun sözlərinə görə, yanğın hələlik söndürülmədiyindən, xəsarət alanların sayı məlum deyil. Təcili yardım briqadaları yanğının söndürülməsini gözləyirlər. Eyni zamanda, hadisə şahidlərinin virtualaz.org-a bildirdiklərinə əsasən, yanğın binanın 13-cü mərtəbəsində başlayıb.
Əməkdaşlarımız bu dəqiqələrdə hadisə yerindən xəbər verir ki, Yasamalda yanğın başlayan "Qoşa Park" yaşayış kompleksinin yerləşdiyi küçə hər iki tərəfdən nəqliyyatın hərəkəti üçün bağlanıb. Hadisə yerində 10-a yaxın yanğınsöndürmə briqadası işləyir. Habelə 5 təcili yardım briqadası da hadisə yerində hazır vəziyyətdə gözləyir. Ətrafa xeyli insan toplaşıb. Sakinlərin dediyinə görə yanğın təzə başlayanda yanğınsöndürən maşınlar yaşayış kompleksinə yaxınlaşa bilməyib. Çünki binanın həyəti dardır və yaxınlıqda park edilmiş avtomobillər yolu daraldıb. Kompleksdə 80-ə yaxın ailə yaşayır.
 
Sakinlər deyiblər ki, bəzi mənzillərdə valideyinlər azyaşlı uşaqlarını səhər saatlarında evdə qoyub və qapını bağlayıb gediblər. Nəticədə həmin mənzillərdən uşaqları evakuasiya etmək üçün xilasedicilər qapıları sındırmalı olublar. Bəzi məlumatlara görə yanğın nəticəsində xəsarət alanlar və tüstüdən zəhərlənənlər var, onlar xəstəxanalara aparılıblar. Yanğının nədən başladığı barədə hələlik məlumat yoxdur. 

Əməkdaşlarımız xəbər verir ki, bu dəqiqələrdə daha iki sakin xilas edilib. Onlara təcili yardım avtomobilində ilk tibbi yardım göstərilir. Səhiyyə Nazirliyindən verilən məlumata görə indiyə qədər bina sakinlərindən 4-ü azyaşlı olmaqla 10 nəfərə ilkin tibbi yardım göstərilib. Tibbi yardımla bağlı müraciətlər daxil olmaqdadır.
Yanğının davam etdiyi "Qoşa Park" 26 mərtəbəlidir, sakinlərin bildirdiyinə görə yanğın binanın 12-ci mərtəbəsində başlayıb-orada kabel alışıb və yanğın başqa mərtəbələrə keçib. Bu dəqiqələrdə mənzillərdən birindən 3 azyaşlı uşaq xilasedicilər tərəfindən yarıhuşsuz vəziyyətdə çıxarılıb və təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb. Sakinlərin bir qismi hələ binanı tərk edə bilməyiblər, 12-ci və daha yuxarı mərtəbələrdə hələ də sakinlər qalır. Onların arasında təşviş hökm sürür.  













Загрузка...
Загрузка...

Xəbər lenti