Bakıda məşhur generalın rəis qardaşı intihar etdi

Bakıda məşhur generalın rəis qardaşı intihar etdi
 Bakının Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi xidməti otağında intihar edib. Bakupost.az xəbər verir ki, polis polkovnik-leytenantı Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılr.
Qeyd edək ki, R.Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun sabiq rəisi, məşhur polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Xəbər lenti