Bakıda məmurun mənzilində törədilən qətlin gizlinləri üzə çıxır Bakıda məmurun mənzilində törədilən qətlin gizlinləri üzə çıxır

Bakıda məmurun mənzilində törədilən qətlin gizlinləri üzə çıxır
Загрузка...
Bakıdakı dəhşətli qətlin təfərrüatı bəlli olub. Axar.az-ın yazdığına görə, paytaxtın Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı "Uğur-2” yaşayış kompleksindəki mənzildə baş verən qətllə bağlı bəzi məlumatlar üzə çıxıb. Belə ki, kirayə mənzildə yaşayan ana və gənc qızı öldürən şəxsin kimliyi artıq məlumdur. Məlumata görə, adı və soyadı açıqlanmayan qatil Fatma Həmzəyevanın oğlu imiş. Həmin şəxsin ölkədən qaçdığı və Rusiyaya getdiyi barədə xəbərlər dolaşır.
Ölən gənc qız Bakıxanovdakı marketlərin birində satıcı işləyirmiş. Onların uzun müddətdir ki, bu kompleksdə kirayədə yaşadıqları bildirilir. Qətlin səbəbi bilinmir. 
Criminal.az xatırladır ki, qətl törədilən mənzil məmura - Sosial-müdafiə fondunun Xəzər rayon şöbəsinin məsləhətçisi Raqif Zamanova məxsusdur. Həmin şəxsiin hadisə baş verən kompleksdə bir neçə mənzili kirayə verdiyi iddia olunur. 
Загрузка...
Загрузка...

Xəbər lenti