Bakıda məhşur restoranın sahibini öldürən polkovnik azadlığa buraxıldı

Bakıda məhşur restoranın sahibini öldürən polkovnik azadlığa buraxıldı
Загрузка...
"Toyota” markalı avtomobili arxaya verərkən...
2 il öncə ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirliyinin keçmiş yüksək rütbəli zabiti azadlığa buraxılıb. AzNews.az-ın əldə etdiyi məlumata görə, avtomobillə dostunu öldürən Nəqliyyatda Baş Polis İdarəsinin keçmiş polkovniki Faiq Qasımov məhkəmənin qərarı ilə azadlığa buraxılıb.
Ölüm hadisəsi 2017-ci il aprelin 29-da baş verib. Belə ki, Binəqədi rayonunun Pirşağı qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birinin avtodayanacağında Faiq Qasımov idarə etdiyi "Toyota” markalı avtomobili arxaya verərkən Bakı şəhər sakini Tərlan Dadaşovu və Şabran rayon sakini Seyidbədəl Həşimovu vurub.
Nəticədə T.Dadaşov və S.Həşimov xəstəxanaya yerləşdirilib. T.Dadaşov orada ölüb, S.Həşimova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Dünyasını dəyişən Tərlan Dadaşov Qoşa Qaya restoranının sahibi olub və Faiq Qasımovla yaxın dost olublar. Hadisə baş verən zaman isə hər üç şəxs içkili olub. F.Qasımov Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, F.Qasımov hadisəni törədən zaman Nəqliyyatda Baş Polis İdarəsinin Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisi vəzifəsində işləyib.
Bu vəzifəyə kimi isə Xətai və Yasamal rayon Polis İdarələrinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
Загрузка...
Загрузка...

Xəbər lenti