Bakıda məhkəmə sədrinin oğurlatdığı nəvəsi anasına qaytarıldı - AZƏRBAYCAN MƏHKƏMƏSİNDƏN GÖZLƏNİLMƏZ ƏDALƏTLİ ADDIM Bakıda məhkəmə sədrinin oğurlatdığı nəvəsi anasına qaytarıldı - AZƏRBAYCAN MƏHKƏMƏSİNDƏN GÖZLƏNİLMƏZ ƏDALƏTLİ ADDIM

Bakıda məhkəmə sədrinin oğurlatdığı nəvəsi anasına qaytarıldı - AZƏRBAYCAN MƏHKƏMƏSİNDƏN GÖZLƏNİLMƏZ ƏDALƏTLİ ADDIM
Загрузка...
Bu gün Nəsimi rayon Məhkəməsini olduqca sensasion və ədalətli qərar qəbul edib. Baş tutan məhkəmə prosesində baxış predmeti Azərbaycanda hazırda təqaüddə olan, ədalətli olmayan qərarları ilə tanınan hakimin ailəsindəki böyük qalmaqalla bağlı olub. Hələlik adını dəqiqləşdirə bilmədiyimiz hakim Sumqayıt İqtisad Məhkəməsinin bir neçə ay əvvələ kimi sədri olmuş Çingiz Bəşirovun "xusisi əməliyyat"la gəlininin evindən oğurlatdığı nəvəsinin anası Samirə Bəşirovaya qaytarılıması barədə qərar verib.
 Qeyd edək ki, martın 5-də S.Bəşirovanın bacısının ad günü məclisində uşağın ekspertizadan keçirilməsi adı ilə bir qrup mülki geyimli polis daxil olmuşdu. Nəsimi polisinin əməkdaşları anasının qucağına sığınmış uşağı zorla onun qolları arasından qopararaq atasına vermişdi. Daha sonra polislər baş vermiş dəhşətli qanun pozuntusunu gizlətmək üçün mənzildəki müşahidə kameralarını, o cümlədən hadisə şahidlərinin telefonlarını alaraq aparmışdılar. Məsələ Criminal.az saytında ictimailəşəndən sonra hüquq-mühafizə orqanı işə həsas yanaşıb və uşaq anaya qaytarılıb. 
Çingiz Bəşirovun "xüsusi əməliyyatı"nın ona baha başa gələcəyi haqda da iddialar var. 
Xatırladaq ki, bir neçə gün əvvəl Ç.Bəşirovun gəlini, Rusiya vətəndaşı Samirə Bəşirova Criminal.az-a azyaşlı qızının oğurlanacağını, bir gün sonra zorla uşağının əlindən alındığı barədə məlumat verdi. S.Bəşirovanın sözlərinə görə, uşağının ondan alınmasında baş rolda polis əməkdaşları olub. S.Bəşirova bildirib ki, martın 5-da axşam saatlarında Nəsimi rayon Polis İdarəsinin əməkdaşları yaşadığı mənzilə gələrək zorla uşağını ondan alıb: "Bizi aldartdılar ki, guya uşağı ekspert yoxlayacaq. Biz də onları mənzilə buraxdıq. Qəfildən evə bir neçə polis daxil oldu. Qızımı qucağımdan qopararaq həyat yoldaşım Tamerlana verdilər. Polislər evə gələndə qızımla mən otaqdaydıq. Qızım məni qucaqlayaraq "ana məni heç kimə vermə" deyirdi. Amma polislər məni aldatdı. Bizi söhbət etmək adı ilə otaqdan çıxardı, sonra içəri başqa polisləri də saldı. Sonra uşağımı zorla məndən aldı. Sonra isə "atası, gəl qızını götür" deyərək ona verdi. Bu zalımlıq harda yazılıb? Bunun arxasında kimin sifariş dayanır? Neçə gündü qızımın səsinə belə həsrət qalmışam. Uşağın günahı nədir? Axı polis nə vaxtdan ər-arvad boşanmalarında vasitəçi olub? Balaca uşağa belə travmanı niyə vururdular? Bu iş qaynatam Çingiz Bəşirovun sifarişi ilə həyata keçirilir".
Məsələyə nə Bakı şəhər Baş Polis İdarəsi, nə də Daxili İşlər Nazirliyi münasibət bildirməmişdi. 

Xəbər lenti