Bakıda məhkəmə sədrinin nəvəsini evindən oğurladılar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR Bakıda məhkəmə sədrinin nəvəsini evindən oğurladılar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR Bakıda məhkəmə sədrinin nəvəsini evindən oğurladılar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Bakıda məhkəmə sədrinin nəvəsini evindən oğurladılar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Загрузка...
Azərbaycanda hazırda təqaüddə olan, ədalətli olmayan qərarları ilə tanınan hakimin ailəsindəki böyük qalmaqal artıq pik həddə çatıb. Sumqayıt İqtisad Məhkəməsinin bir neçə ay əvvələ kimi sədri olmuş Çingiz Bəşirov öz oğlunun ailəsinin boşanmasına israrlı olduğu kimi, nəvəsinin oğurlanmasının birbaşa təşkilatçısı olduğu iddia olunur.
Bir neçə gün əvvəl Criminal.az-a azyaşlı qızının oğurlanacağını deyən Ç.Bəşirovun gəlini, Rusiya vətəndaşı Samirə Bəşirova saytımıza müraciət edərək artıq qızının ondan zorla alındığını bildirdi. S.Bəşirovanın sözlərinə görə, uşağının ondan alınmasında baş rolda polis əməkdaşları olub. 
S.Bəşirova bildirib ki, martın 5-da axşam saatlarında Nəsimi rayon Polis İdarəsinin əməkdaşları yaşadığı mənzilə gələrək zorla uşağını ondan alıb: "Bizi aldartdılar ki, guya uşağı ekspert yoxlayacaq. Biz də onları mənzilə buraxdıq. Qəfildən evə bir neçə polis daxil oldu. Qızımı qucağımdan qopararaq həyat yoldaşım Tamerlana verdilər". 
"Qızım məni qucaqlayaraq "ana məni heç kimə vermə" deyirdi"
Ana başına gətirilənləri göz yaşı içərisində danışır: "Polislər evə gələndə qızımla mən otaqdaydıq. Qızım məni qucaqlayaraq "ana məni heç kimə vermə" deyirdi. Amma polislər məni aldatdı. Bizi söhbət etmək adı ilə otaqdan çıxardı, sonra içəri başqa polisləri də saldı. Sonra uşağımı zorla məndən aldı. Sonra isə "atası, gəl qızını götür" deyərək ona verdi. Bu zalımlıq harda yazılıb? Bunun arxasında kimin sifariş dayanır? Neçə gündü qızımın səsinə belə həsrət qalmışam. Uşağın günahı nədir? Axı polis nə vaxtdan ər-arvad boşanmalarında vasitəçi olub? Balaca uşağa belə travmanı niyə vururdular? Bu iş qaynatam Çingiz Bəşirovun sifarişi ilə həyata keçirilir". 
S.Bəşirova deyir ki, daha əvvəl, 2020-ci il yanvarın 27-də qızımın həyat yoldaşım Tamerlan Bəşirov və ailəsi tərəfindən qaçırılıb ondan gizlədilib. Hətta tədbirlər görülməsi üçün bir sıra şikayətlər də edib. 

"Onları polis bölməsində gördüyümdən dərhal tanıdım..."
"Sonradan öyrəndim ki, qızım atası və nənəsi ilə Kuala park ərazində gəzməyə çıxır. Ona görə də, bu il fevralın 29-da saat 17 radələrində bacım və anamla həmin parka getdim. Orda qızımı görəndə yaxınlaşıb qucaqlamaq istədim. Lakin Tamerlan və anası mənə hücum edərək itələdi və qızımı əlimdən almaq istədi. Orada mübahisə yarandığından 20-ci polis bölməsinin əməkdaşları bizi bölməyə apardılar. Bölmədə ərizəmi yazandan sonra qızımla evə gəldim. Martın 1-də bölmənin 7-8 əməkdaşı yaşadığım ünvana gələrək mənzilin qapısını döydü və uşağın onlara verilməsini tələb etdilər.
Sonradan bildim ki, Tamerlanın atası Çingiz Bəşirov polislərə hədə-qorxu gəlib ki, qızımı zorla məndən alıb onlara qaytarsın. Həmin polis əməkdaşları bildirdilər ki, uşağı mənə verməklərinə peşimandırlar və onlara göstəriş verilib ki, uşağı yenidən geri qaytarsınlar. Onlar mülki geyimdə olsalar da, polis bölməsində gördüyümdən dərhal tanıdım. Həmin şəxslər binaya daxil olarkən kameraları da söndürmüşdülər ki, onların izləri görünməsin. Lakin mənzilimdə olan domofon vasitəsilə onları çəkdim. Qapını açmasam da, onlar dayanmadan qapını döyərək mənzilimə daxil olmağa çalışırdılar. Hətta qapını açmaq üçün özləri ilə xüsusi avadanlıqlar da gətirmişdilər. 102-yə zəng edəndən sonra qapıdan çəkilərək getdilər. Məsələ ilə bağlı Nəsimi rayon Polis İdarəsinin rəisi Mirnemət Mirbabayevin qəbulunda oldum. Mənizlimə gələn polislərlə bağlı şikayət də yazdım. Sübut üçün əlimdə olan videodiski də rəisə təqdim etdim. Bununla bağlı xidməti araşdırma aparılacağını söz verdi".   
S.Bəşirova bildirir ki, Kuala park ərazisində yaranmış mübahisə ilə bağlı material araşdırılması üçün müstəntiq Elşən Bədəlzadənin icraaatına verilmişdi. Müstəntiq onu şifahi dindirmişdi. Daha sonra bildirdi ki, uşağın bədənində hər hansı xəsarətlərin olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edəcək və uşağı müayinəyə aparmalıdır. 

"İki polis hərəsi bir qolumdan tutaraq uşağı məndən zorla aldılar" 
"Mən buna etriaz etdim, sonradan müayinənin ev şəraitində keçirilməsinə razılaşdım. Martın 5-də saat 15-16 radələrində müstəntiq Elşən Bədəlzadə, baş inspektor Faiq Sayadlı, Nəsimi rayon Məhkəmə tibbi eksperti Azər Mustafayev yaşadığım ünvana gəldi. Qonaq otağından mənim iştirakımla qızımı müayinə etdilər. Bu zaman mənzilimin qapısı döyüldü. Üç mülki geyimdə olan. sonradan bildiyim kimi polis əməkdaşları qapının arxasında dayanıbmış. Anladım ki, həmin şəxslər Tamerlan və Çingiz Bəşirovun göstərişi ilə uşağı almağa gəliblər. Dərhal qızımı götürüb yataq otağına keçərək qapını içərisən bağladım. Sonradan dəhlizdəki səsləri eşidəndə anladım ki, polislər mənzilə zorla daxil oldular. Mən qızımı qucaqlayaraq qorxdum, polislər isə qapını açmağımı tələb etdilər. Açmadığıma görə qapını sındıraraq içəri daxil oldular. İki polis hərəsi bir qolumdan tutaraq uşağı məndən aldılar. Sonra Tamerlanı çağırdılar, qızımın ağlamasına baxmayaraq uşağı zorla alaraq qaçıb getdilər. Həmin gün bacım Diananın ad günü olduğundan evdə qonaqlar var idi, onları da zorla polis bölməsinə apardılar". 
"Müstəntiq qəsdən şərait yaratdı ki..."
S.Bəşirovanın sözlərinə görə, bundan sonra müstəntiq Elşən Bədəlzədə qanunsuz olaraq mənzilinin bütün otaqlarında qanunsuz axtarış aparıb, bütün dolabları açaraq axtarmağa başlayıb: 

Çingiz Bəşirov və oğlu Tamerlan 
"Öz qanunsuz əməllərini gizlətmək üçün mənzildə olan bütün video-müşahidə və təhlükəsizlik kameralarını, həmçinin mətbəxdə olan domofonu sökərək özləri ilə apardılar.
 
Sonradan məni Nəsimi rayon 21-ci polis bölməsinə apararaq orada izahatımı aldılar. Müstəntiq raportda yalan məlumatlar qeyd edərək göstərdi ki, mən, bacım və vəkilim onu girov saxlamışıq. Amma bu yalandır, çünki mən dəhlizdə deyil, yataq otağında uşağımla gizlənmişdim. Bunu evdə olan bütün ailə üzvlərim görmüşdülər. Lakin müstəntiq qanunsuz əməllərini gizlətmək üçün bizə böhtan atır. Müstəntiq qəsdən şərait yaratdı ki, polislər evə daxil olub uşağı götürsünlər. Müstəntiq öz vəzifə səlahiyyətlərini aşaraq özbaşınalıq edib. Ona görə də Bakı şəhər Prokurorluğuna şikayət etmişəm. Xahiş edirəm, Elşən Bədəlzadə, idarənin rəis müavini Anar Məmmədov, həmçinin idarənin digər əməkdaşları Kənan adlı şəx və təqdim etdiyim videodakı digər şəxslər cinayət məsuliyyətinə cəlb olunsunlar". 

Sabiq məhkəmə sədri: "Bizim də görüntülər var"
 Tamerlan Bəşirov işdə olmasını əsas gətirərək Criminal.az-ın suallarını cavablandırmaqdan imtina etdi. 
S.Bəşirovanın qaynatası Çingiz Bəşirov Criminal.az saytına bildirdi ki, uşaq hazırda onlardadır. Sabiq məhkəmə sədri əlavə etdi ki, onlarda da müəyyən görüntülər var və görüşərək həmin detalları təqdim edə bilər: "Bizim də əlimizdə görüntülər var. Sabah onları sizə verim. Telefonla danışılası məsələ deyil. Görüntülərə baxandan sonra sizin bütün suallarınıza cavab verəcəm". 
Məsələyə Bakı şəhər Baş Polis İdarəsi hələlik münasibət bildirməyib. Baş verən olayla bağlı Daxili İşlər Nazirliyinə şifahi sorğu ilə müraciət etsək də, hələlik heç bir cavab verilməyib. Müstəntiq E.Bədəlzadə isə telefon zənglərinə cavab vermir.  



Xəbər lenti