Bakıda kürəkən qaynanasını və arvadını ölümcül döyüb: "Polis deyir onu tuta bilmərik..."

23 Avqust 2019, 13:03
23 Avqust
2019
13:03
534
Загрузка...
Bakıda gənc ailədə başlayan münaqişə sonda qaynananın ölümcül döyülməsi ilə nəticələnib. Güldanə Hacıyeva göz yaşı içərisində Criminal.az saytına zəng edərək yeznələrinin onların başına gətirdiyi hadisəni danışıb:
"Srağagün yeznəmiz Elnur Bayramov bacım Xalidə Hacıyevanı və uşaqlarını döyərək evdən qovub. Bacım uşaqlarını da götürərək anamın Buzovnada kirayə qaldığı evə gəlib. Elnur zəng edərək anam Gülazə Abdullayevanı hədələyib ki, niyə arvadını və uşaqlarını evinə buraxıb? Anamı hədələyib ki, axşam gəlib qan salacam. Bunları anam mənə telefonda deyib sağollaşdı, az sonra yenidən zəng etdi ki, özünü təcili bizə çatdır. Anamgilə gedib gördüm ki, Elnur evdən bıçaq götürərək hasardan anamgilin həyətinə keçib. Evin qapısın bağlamaq istəsələr də, alınmayıb. Elnur əlində bıçaq içəri girib, uşaqları bıçaqla hədələyib. Bacımı yerə yıxıb başını betona çırpıb, sonra da anamın saçından tutaraq mətbəxdə sürüyüb, sonra çarpayıya çırpıb. Anam özündən gedib. Anamın sifətinə bir neçə tikişi vurublar. Bacıma deyib ki, polisə versən deyəcəm başqa kişi ilə tutumuşam. 102-yə zəng etdik, polislər gəlib onun qandalda 1-ci polis bölməsinə apardı. Evin qanın təmizləyiblər, bacım anamın yanına getmyə hazırlaşırmış, Elnur yenidən gəlib. Bacım Xalidəni və uşaqlarını aparıb, deyib ki, gəlsəniz hamınızı doğrayacam. Bizə deyir ki, birinizi öldürüb içəri gedəcəm. Elnur narkomandı, hallanır bütün günü".

G.Hacıyeva deyir ki, neçə gündür uşaqlar qorxu içərisindəədir: "Polisə şikayət edirəm, mənə cavab verirlər ki, tuta bilmərik. Polis nəyi gözləyir, bizi öldürsün, sonra tutsunlar? Axı qorxu içərisində yaşayırıq. Anam xəstəxanada pis vəziyyətdə, kəllə-beyin travması alıb, burnundan ağır xəsarətləri var".
Bakı Şəhər Baş polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Criminal.az-a bildirib ki, Xəzər Rayonu, Buzovna qəsəbəsi, Ç.Müsafayev küçəsində G.Abdullayevin kürəkəni, Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı polisə daxil olan məlumat Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırılır. Onun sözlərinə görə, qohumlar arasında yaranan mübahisənin xüsusatları ilə bağlı həmin şəxslərin izahatları alınıb.
İzahatında E.Bayramov qeyd edir ki, avqustun 21-də gönorta saatlarında həyat yoldaşı X.Hacıyeva aralarında mübahisə olduğu üçün onun evdən getməsini tələb edib, bundan sonra qaynanası G.Abdullayeva ona zəng edərək qızının uşaqla birlikdə onun evində gəldiyini bildirib. Telefon danışığı zamanı tərəflər arasında yenidən mübahisə yaranıb, və bundan əsəbiləşən E.Bayramov onların yaşadığı ünvana gedərək onlara fiziki təzyiq göstərərək xəsarət yetirib.
Tərəflərin arasında yaranan mübahisə ilə bağlı müvafiq polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir, əmələ hüquqi qiymət verilməsi üçün materiallar toplanılır.






Загрузка...
Xəbər lenti
-
19:09Yanğına görə yollar bağlandı
-
17:52Bakıda məşhur bazar yanır
-
17:31"Yeni 102.1 tezliyi Çingiz Mustafayev adına radiostansiyanın fəaliyyətini faktiki olaraq bloklayacaq"
-
17:24"EuroHome" direktoru: "Yanğını söndürmək üçün suyumuz var idi"
-
17:20Elvin İsayev Azərbaycana deportasiya edildi
-
12:06Bakıda məmurun mənzilində törədilən qətlin gizlinləri üzə çıxır
-
11:49Bakıda polisə silahlı müqavimət göstərənlərə cinayət işi açıldı
-
11:45Atambayev qətldə ittiham edilir
-
11:44“AST Telman”ın qohumu 230 min dollarlıq “Ferrari” məsələsinə görə həbs olunub
-
11:41Zamirə Hacıyeva Britaniyanın qanunlarını dəyişdirmək istəyir - ONU TARİXƏ SALAN QƏRARIN LƏĞVİNƏ ÇALIŞIR
-
11:35Səkkiz ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı
-
11:25Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə...
-
23:28"Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” - İlyas İsmayılov məhkəmədə
-
23:08Bakıda məmurun mənzilində iki qadın qətlə yetirildi
-
13:35Nazir Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
-
13:18Zahir Əzəmət imzatoplama kampaniyasına başladı
-
13:07“İslam Partiyasının liderinin hüquqları pozulub”
-
13:06Gülnarə Kərimovanın isveçrəli vəkili ölkəyə buraxılmayıb
-
13:05Qabil Əsədov özbək qadını ələ keçirmək üçün onun ərinin qətlini sifariş verdi - ZİLOLA ƏRİNİ BASDIRIB QAYITDI, ƏSƏDOVLA YAŞAMAĞA BAŞLADI...
-
13:00"Bunu məndən başqa heç kim etməyib" - "Şərurlu İsfəndiyar" türkiyəli iş adamının məhkəməsində dindirildi
-
11:20Bakının mərkəzində əlibıçaqlı şəxslər xuliqanlıq etdi
-
11:15Millimizin sabiq futbolçusu həbs edildi
-
11:13Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var
-
11:11Bakıda evdə ər-arvadın meyiti tapıldı
-
13:46"Oğluma elə ağır işgəncə verilib ki, bağırsaqları yırtılıb və ağlı qaçıb"
-
13:30Hakimiyyət Heydər Əliyevin vəfatının 16-cı ildönümünü qeyd edir
-
12:22Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs edilmiş jurnalistləri azad etməyə çağırıb
-
12:15Liftlərlə bağlı rəsmi ittiham: pullar mənimsənilib, materiallar satılıb...
-
12:11Əmircanda bələdiyyə sədrinin özü və bütün ailə üzvləri seçkilərdə namizəddir - OĞLU, QIZI, 2 QARDAŞI, 2 BACISI, 2 QOHUMU...
-
22:35Azyaşlı övladlarını döyməkdə günahlandırılan ata həbs olunub
-
14:26Qarabağ əlili etiraz olaraq maşınını yandırıb
-
13:3342 beynəlxalq təşkilat vəkillərə təzyiqlə bağlı bəyanat yaydı
-
13:30Dələduzluğa görə həbs olunan şəxsin Elmira Axundovaya günaşırı 5 min manat aparmasının pərdəarxası...
-
13:23“Əli Həsənov Hüseynin hesabına vəzifəyə gəlmişdi”
-
13:15Polis 39 yaşlı kişini bıçaqladı
-
19:12Çingiz Qənizadə və onun şərikinin adı hallanan sifarişli ölüm işi məhkəmədə
-
19:07“Rüstəm Usubov vəkillərin ifadə azadlığına ən çox qanunsuz müdaxilə edən şəxsdir”
-
19:01Kəmaləddin Heydərov generalı vəzifəsindən çıxardı
-
13:14Ramiz Zeynalov yanğın yerində
-
12:58Polis zabiti jurnalisti məhkəməyə verdi - Rəisi Əli Həsənovun qaynıdır
13 Dekabr 2019
12 Dekabr 2019
11 Dekabr 2019
10 Dekabr 2019
Digər xəbərlər
-
Manşet, Foto, Cinayət
Qabil Əsədov özbək qadını ələ keçirmək üçün onun ərinin qətlini sifariş verdi - ZİLOLA ƏRİNİ BASDIRIB QAYITDI, ƏSƏDOVLA YAŞAMAĞA BAŞLADI...
-
Foto, Cinayət
Yasamalda şirkətdən 85 minlik domofon apardılar
-
Manşet, Foto, Cinayət
Ehsan Zahidov: "O, tutulduğu andaca tərətdiyi cinayəti tam səmimi etiraf etmişdisə..."
-
Foto, Cinayət
Uşaq oyuncaqlarının içindən narkotik çıxdı
-
Manşet, Foto, Cinayət
Milyardlarla dolları offşorlara ötürən Zaur Balayev Polşada tutuldu, ekstradisiya olundu - DÜNYADA ƏN SİRLİ BANKİRLƏRİNDƏN BİRİ, XƏYALƏT ADAM...
-
Foto, Cinayət
Bakıda qadını sevgilisi küçədə öldürdü
-
Manşet, Foto, Cinayət
Tanınmış ginekoloqun biznesmen qardaşın Almaniyada yandırıb gölə atıblar
-
Foto, Cinayət
Arpa oğrusu tutuldu
-
Foto, Cinayət
Psixotrop dərmanlar satan aptek müdiri saxlanılıb