Bakıda komendant 3 sakinini güllələdi

Bakıda komendant 3 sakinini güllələdi
Загрузка...
Masazırda 3 nəfər "Vinçester" markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb. "Report" xəbər verir ki, hadisə qəsəbədəki "Yeni Bakı" yaşayış kompleksi ərazisində baş verib. Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar.
Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların sözlərinə görə, onlara "Vinçester" markalı silahdan atəş açan "Yeni Bakı" yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir. 
Criminal.az xatırladır ki, sakinləri güllələməkdə şübhəli bilinən şəxs Ehtiram Yusifovdur. Onunla sakinlər arasında münaqişə uzun zamandır davam edirdi. Bu haqda Criminal.az saytında məqalə də dərc edilmişdi. Onunla sakinlər arasında bir neçə dəfə qarşıdurma baş vermişdi. 
Загрузка...
Загрузка...

Xəbər lenti