''Dünən obyektdə yoxlama olub, iki nəfər gəlib...''

''Dünən obyektdə yoxlama olub, iki nəfər gəlib...''
Загрузка...

Milli Məclisin deputatı Elton Məmmədovun oğlu Aynar Məmmədovun həbs olunması xəbəri bu gün Azərbaycan internet məkanını zəbt etdi. Aynar Məmmədova məxsus “Nar" kafesində əməliyyat keçirilməsi barədə məlumatlara hətta DİN mətbuat xidməti də münasibət bildirərək, adıçəkilən kafedə polis tərəfindən əməliyyat keçirildiyini təsdiqləyib.

 Mətbuat xidmətindən bildirilib ki, həqiqətən də daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən oktyabrın 11-də "Nar" kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə əməliyyat keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib. 

Criminal.az xəbər verir ki, ATV.az bu məsələ ilə əlaqədar Aynar Məmmədovun özündən açıqlama alıb. Aynar Məmmədov bunları deyib: “Hal-hazırda mən işdəyəm. Deyə bilərəm ki, adıçəkilən obyektdə dünən yoxlama olub. Iki nəfər gəlib, 10-15 dəqiqə ərzində yoxlama aparıblar, heç bir problem çıxmayıb. Onlar da çıxıb gediblər”.

Qeyd edək ki, mətbuatda deputat Elton Məmmədovun oğlu, Milli Məclis Aparatının əməkdaşı Aynar Məmmədova məxsus olduğu deyilən “Nar" kafesində polis tərəfindən əməliyyat keçirilməsi və kafenin sahibi də daxil olmaqla xeyli sayda şəxsin saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılması barədə məlumat yayılıb.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti