Bakıda kişi arvadının boğazını kəsərək öldürdü

Bakıda kişi arvadının boğazını kəsərək öldürdü
Abşeron rayonunda kişi arvadının boğazını kəsərək öldürüb. Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə aprelin 29-da saat 21 radələrində qeydə alınıb.
1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti