Bakıda kişi arvadını liftdə öldürdü

Bakıda kişi arvadını liftdə öldürdü
 Bakıda qətl hadisəsi baş verib. "Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə mayın 21-i saat 21 radələrində qeydə alınıb. Binəqədi rayonu, Cavadxan küçəsində yaşayan 1977-cı il təvəllüdlü Hafiz Əsgərov qısqanclıq zəminində binanın liftində arvadı, 1980-cı il təvəllüdlü Könül Əsgərovaya bir neçə bıçaq zərbəsi vuraraq öldürüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Hadisəni törətməkdə şübhəli şəxs olan Hafiz Əsgərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xəbər lenti