Bakıda iki erməni casusu məhkəmə önündə

Bakıda iki erməni casusu məhkəmə önündə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenovi adlı iki erməninin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilib. Təqsirləndirilən şəxslərə onların hüquqları izah olunub. Hər iki təqsirləndirilən dövlət hesabına müdafiəçi və tərcüməçi ilə təmin olunublar. Məhkəmə baxışı iyulun 26-a təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı qanunsuz silah saxlama, casusluq, qanunsuz silahlı birləşmələr yaratmaq maddələri üzrə ittiham irəli sürülüb. Lakin bu iki erməninin nə vaxt və harada tutulduğu, onlara qarşı irəli sürülən ittihamın təfərrüatları və digər detallar məlum deyil. Lakin əvvəllər KİV-lərdə belə xəbərlər getmişdi ki, Rusiya vətəndaşı olan Gevorq Sucyan bloger kimi tanınıb və Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə Kəlbəcər rayonuna gələrək orada casusluq məqsədilə çəkilişlər aparıb.

Xəbər lenti