Bakıda iki avtobus toqquşdu Bakıda iki avtobus toqquşdu

Bakıda iki avtobus toqquşdu
Загрузка...
 Ötən gün axşam saatlarında metronun "Koroğlu” stansiyasının yaxınlığında iki sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. Oxu.Az-ın məlumatına görə, 160 saylı marşrut avtobusu ilə 139 saylı avtobus toqquşub.
Nəqliyyat mübadilə mərkəzindəki hadisə zamanı 160 saylı avtobusun şüşələri sınaraq tökülüb. Sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Hər iki avtobusa ziyan dəyib.
Qeyd edək ki, bir müddət əvvəl 160 saylı xəttə yeni "Karsan” markalı avtobuslar verilib. Xəttin istismarı "Çinar Trans” şirkətinə həvalə edilib. 

Загрузка...
Загрузка...

Xəbər lenti