Bakıda həkimi niyə öldürüb su quyusuna atdılar? - “BMW”-də törədilən qətlin təfərrüatları

Bakıda həkimi niyə öldürüb su quyusuna atdılar? - “BMW”-də törədilən qətlin təfərrüatları
Загрузка...
Bakıda diş həkiminin qətlinin təfərrüatları məlum olub. DİN Mətbuat Xidmətindən Criminal.az-a verilən məlumata görə, paytaxtın Biləcəri qəsəbə sakini Çiçək Əsgərova oktyabrın 16-da Binəqədi polisinə müraciət edərək həyat yoldaşı Elvin Həbibzadənin oktyabrın 14-də özünə məxsus "BMW” markalı avtomobillə evdən çıxıb getdiyini və geri qayıtmadığını bildirib. Bununla əlaqədar itkin düşmüş şəxsin yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Nəticədə E.Həbibzadəyə məxsus avtomobil Qaradağ rayonunun Qızıldaş qəsəbəsində tapılıb və nəqliyyat vasitəsinə baxış keçirilərkən salonda qan izləri aşkar edilib. Cari il oktyabrın 25-də Elvin Həbibzadənin üzərində zorakılıq əlamətləri olan meyit Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərdən birinin qarşısındakı su quyusunda aşkar edilib və Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən oradan çıxarılıb. Polis və prokurorluq orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun üzvləri məhkəmə-tibb ekspertinin də iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İlkin araşdırmalarla müəyyən edilib ki, Bakı şəhər sakini Səbuhi Ələkbərov yaxın qohumu Rəşad Fətullayevlə qabaqcadan cinayət əlaqəsinə girərək ailə-məişət zəminində yaranmış mübahisəni həll etmək məqsədilə Elvin Həbibzadənin idarə etdiyi "BMW” markalı avtomaşınla oktyabrın 15-də axşam görüş bəhanəsi ilə Qaradağ rayonunun Sahil qəsəbəsinə gəliblər. Avtomaşında tərəflər arasında kəskin mübahisə yaranıb, E.Həbibzadə S.Ələkbərovun və ailəsinin ünvanına nalayiq ifadələr işlədərək avtomaşındakı bıçaqla onun sol əlinə xəsarət yetirib.
Bu zaman S.Ələkbərov müqavimət göstərən sürücünün qollarını tutub və R.Fətullayev qayçı ilə arxadan boyun nahiyəsinə zərbə endirərək E.Həbibzadəni qətlə yetirib. Daha sonra hər iki şəxs izi itirmək məqsədilə meyiti həmin avtomobillə Xəzər rayonuna gətirərək burada S.Ələkbərovun babasına məxsus evin qarşısındakı quyuya atıblar.
Qeyd olunan ağır cinayət əməllərini törətdiklərinə əsaslı şübhələr olduğuna görə Səbuhi Ələkbərov və Rəşad Fətullayev Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə oktyabrın 25-də şübhəli şəxslər qismində tutulublar. Hazırda cinayət işi zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 
Mərhum E.Həbibzadənin Criminal.az saytına bildirdiyinə görə, qardaşını tamah məqsədi ilə öldürüblər. 
Загрузка...
Загрузка...

Xəbər lenti