Bakıda həkimi öldürüb su quyusuna atdılar

Bakıda həkimi öldürüb su quyusuna atdılar
Загрузка...
Bakıda tanınmış diş həkimi amansızlıqla qətlə yetirilib. Criminal.az saytının məlumatına görə, Elvin Həbibzadəni öldürərək su quyusuna atıblar.
Əldə etdiyimiz məlumata görə, 32 yaşlı E.Həbibzadə oktyabrın 14-dən 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə birlikdə yoxa çıxmışdı. E.Həbibzadə qeyd olunan tarixdə səhər işə gedib. Daha sonra işdən çıxaraq naməlum istiqamətdə yoxa çıxıb. Yol müşahidə kameraları onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb. Bu gün isə onun meyiti Xəzər rayonu ərazisində su quyusundan tapılıb.
Mərhumun qardaşı Elçin Həbibov Criminal.az saytına açıqlamasında bildirdi ki, qardaşını iki nəfər tamah məqsədi ilə öldürüb. Onlar oktyabrın 14-də E.Həbibovun boğazını qayçı ilə kəsərək öldürüb, sonra isə izi itirmək üçün su quyusuna atıb.
Qardaşının sözlərinə görə, Elvinə məxsus "BMW" markalı avtomobili isə hissələrə bölərək satmaq istəyiblər. 
Faktla bağlı Binaqədi rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. 
Загрузка...
Загрузка...

Xəbər lenti